|
Новая страница 1
İntizar Hüseynova
qarabağ
problemi, azərbaycan qadını və beynəlxalq aləm
Ailədə
olduğu kimi, cəmiyyətdə də qadınlar dünya təbliğatçıları rolunda olaraq, çox
vaxt təsdiq edilməmiş, lakin vacib məsələləri irəli sürürlər. Qadının bu
vəzifəsi, onun münaqişələrin sülh yolu ilə həll edilməsinə cəhd göstərməsi ilə
müəyyən edilir. Məhz buna görə də BMT Təhlükəsizlik Şurasının 31 oktyabr 2000-ci
ildə qəbul edilmiş 1325 saylı qətnaməsi Azərbaycan qadınlarının diqqətini cəlb
etdi.
10 mart
1995-ci ildə qəbul edilmiş bəyannaməyə əsasən, qadın hüquqları üzrə Beynəlxalq
Komissiya silahlı munaqişə rayonlarında olan qadın və uşaqların tez bir zamanda
azad olunmasını tələb edirdi. Yaddan çıxarmaq lazım deyil ki, əsir götürülmüş
qadın zorakılığa məruz qalmış qadın hesab olunur.
Fakt
kimi qeyd etmək olar ki, 1985-ci ildə keçirilən Noyabr Ümumdünya konfransında
qadınlara qarşı olan zorakılıqlara aid 2 paraqrafdan ibarət qətnamə qəbul
edilmişdir. Lakin bu problem yalnız qadınların səhhəti ilə xarakterizə olunurdu.
Pekin platforması konfransdan fərqli olaraq, qadınlara qarşı zorakılıq edənlərin
tutulması və faktın araşdırılması tədbirlərini həyata keçirir. Həmçinin qeyd
etmək lazımdır ki, Azərbaycan qadın diplomatlarının təhriki ilə BMT İqtisadi və
Sosial Şurası qadın və uşaqların əsirlikdən qaytarılması üzrə bəyannamə qəbul
etmişdir.
1995-ci
ildə Pekində keçirilmiş IV Beynəlxalq Qadınlar Konfransında Azərbaycanın ziyalı
qadınlarından Zəkirə Quliyeva, Gülşən Paşayeva, Validə İsmayılova öz maraqlı və
tutarlı mövzuları ilə çıxış etdilər.
Azərbaycan on beş ildən artıqdır ki,Qarabağ problemini yaşayır və onun ağır
nəticələrinin ağrı-acısını çəkir. Minlərlə həlak olanlar və yüz minlərlə qaçqın,
işğal edilmiş torpaqlar... Bunun hamısı, əlbəttə sülh prosesinin inkişafına
imkan yaratmır. Hazırda sülh prosesinin inkişafında qadının rolu mühümdür.
Regionda münaqişələrin həlli və qarşısının alınması ilə birlikdə, munaqişəli
sülhün qurulmasında da qadının rolu vacibdir.
BMT
Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələrdə
erməni hərbi qüvvələrinin Azərbaycanın ərazisindən çıxarılması, qaçqınların və
məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması və s. kimi məsələlər öz əksini
tapmışdır. 1992-ci ilin fevralından münaqişənin həll olunmasını ATƏT-in Minsk
Qrupu öz üzərinə götürmüşdür. Azərbaycan qadınları bu munaqişənin yalnız sülh
danışıqları ilə həll edilməsinin tərəfdarıdır.
1996-cı
il 2-3 dekabrda Lissabon konfransında iştirak edən ATƏT üzvləri və dövlət
başçıları erməni-Azərbaycan münaqişəsini həll etmək üçün 3 əsas prinsip qəbul
etdilər, lakin bu prinsiplər Ermənistanın maraqlarına zidd gəldi.
Azərbaycan qadınlarının təşəbbüsü ilə 1994-cü ildə əsirlərin əks tərəflə
dəyişdirilməsi məsələsində müəyyən addımlar atıldı. Həmçinin qadınlar, uşaqlar
və 60 yaşından yuxarı olanlar əsirlikdən qurtarıldı. Dövlət komissiyasının
gücləndirilməsi nəticəsində erməni əsirliyindən 40 uşaq, 126 qadın və 115 qoca
qaytarılmışdır.
Hal-hazırda 60 uşaq, 316 qadın və 254 qoca daxil olmaqla itkin düşmüş
azərbaycanlıların sayı 4858 nəfərdir. Əsirlərin azad olunması üzrə danışıqlar
davam etdirilir.
2002-ci
il iyulun 1-3-də ilk dəfə olaraq BMT-nin Qadınlar üçün İnkişaf Fondu Mərdəkan
qəsəbəsində məskunlaşmış məcburi köçkün qadınların ilk treninqini keçirdi. İlk
dəfə idi ki, məcburi köçkün qadınlar nə qədər ağır və əzablı şəraitdə yaşasalar
da, sülhə daha çox üstünlük verdiklərini etiraf etdilər. Və ilk dəfə olaraq,
seminarın sonunda məcburi köçkün qadınları birləşdirən bir şəbəkənin yaradılması
təşəbbüsünü irəli sürdülər. 2003-cü il iyulun 11-12-də Respublika Qaçqınlar
Komitəsi, BMT-nin Qadınlar üçün İnkişaf Fondu, Qadın problemləri üzrə Dövlət
Komitəsi Bakı, Gəncə, Sabirabad, Ağdam bölgələrini əhatə edən mərkəzlərdə -
Şəbəkədə birləşərək, öz işgüzar fəaliyyətlərinin davam etdirilməsi üçün qərar
qəbul etdilər. Məcburi köçkün qadınlar hesab edirlər ki, bu şəbəkədə sülhyaratma
prosesində ümumi bir məqsəd ətrafında birləşəcəklər.
Artıq 12
ildir ki, həll olunmamış Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazın iki dövlətini
- Azərbaycan və Ermənistanı «nə müharibə, nə də sülh» şəraitində saxlamaqdadır.
Bu illər ərzində danışıqların aparılmasına və 1994-cü ildən əldə edilmiş atəşkəs
rejiminin qorunub-saxlanılmasına baxmayaraq, bu münaqişə öz siyasi həllini tapa
bilməmişdir.
Bu
məqsədlə 2002-ci ildə Azərbaycan üzrə «Qadınlar münaqişələrin qarşısının
alınması və sülh yaradılması uğrunda» mövzusunda keçirilən 60 treninqdən məhz
məcburi köçkün qadın bu treninqin sertifikatına layiq görülmüşdür.
2003-cü
ilin aprel ayında isə onların arasından seçilmiş 45 nəfər ən fəal qadın üçün
«Kaspian Psixi Sağlamlıq Assosiasiyası»nın köməyi ilə «Qadınların danışıqlar
aparılması və sülhyaratmada rolu, şəbəkələrin yaradılması» başlığı altında
Sabirabad, Gəncə və Bərdə şəhərlərində 4 günlük seminar məşğələlər keçirilmiş və
qadınların yerli şəbəkələri yaradılmışdır.
Bəlkə
də, bir çox beynəlxalq münaqişələrin həllinin uzanmasına səbəb qadınların qərar
qəbul etmə prosesindən uzaqlaşdırılmasıdır. BMT Təhlükəsizlik Şurasının 1325
saylı qətnaməsində də münaqişələrin dinc yolla tənzimlənməsində qadınların
rolunu fəallaşdırmaq və bunun üçün qərarların qəbulunda onların iştirak etməsi
tövsiyyə edilir.
Sülh
daha çox nailiyyətləri əhatə edir. Pekin konfransının müraciətində deyilir: «Biz
aşağıda imza atanlar, müxtəlif mədəniyyətə, dini baxışlara, etnik və sosial
qruplara aid olan bütün qadın və kişiləri bizimlə həmrəy olmağa çağırırıq. Ancaq
bərabərlik, tərəf müqabilliyi əsasında maneələrə, çarəsizliyə və süstlüyə qarşı
mübarizə apara biləcəyik. Biz bir yerdə problemlərin mahiyyətini anlayıb, sülh
mədəniyyətinə konkret addımlar ata bilərik.
Dünya
qadınları şurasında öz milli xüsusiyyətləri, özünəməxsus mənəvi dünyası, daxili
və zahiri gözəllikləri, fədakarlıqları ilə seçilən, hər zaman sülh, firavanlıq
carçısı olmuş Azərbaycan qadını bu gün şərəflə milli dövlətimizin keşiyindədir.
BMT Baş
Assambleyasının qərarı ilə yaradılmış Qadın fondu – UNİFEM-in həyata keçirdiyi
«Qadınlar Qafqazda Münaqişələrin Alınması və Sülh Yaradılması uğrunda» regional
layihəsinin Bakı ofisi 2002-ci ildə Azərbaycanda «Sülh yaratmaqda qadınların
rolu» treninqlər keçirmişdir. «Sevil» Azərbaycan qadınlar məclisi, «Azəri-Türk»
qadınlar cəmiyyəti, Respublika Qadınlar cəmiyyəti də digər qeyri hökumət
təşkilatları bu cür seminarlar təşkil etmişdir.
Yeni əsr
Azərbaycan qadını dünya arenasında fəal iştirakı ilə millətin haqq səsini
beynəlxalq ictimaiyyətə çatdıra bilər. Bu hər şeydən öncə, Azərbaycan qadınının
keçdiyi zəngin və şərəfli tarixi ənənələri ilə, eləcə də XX əsrdə dünyada və
Azərbaycanda baş verən «çağdaşlaşma», «avropalaşma» uğrunda ictimai-siyasi və
mədəni hərəkatla bağlıdır.
|