|
Новая страница 1
İsmayıl
Musa
lozanna
konfransında “milli ocaq” (“erməni yurdu”) məsələsi:
layihələr,
mövqelər,
nəticələr
«Erməni məsələsi» Lozanna konfransı ərəfəsi, dövrü və ondan sonrakı ilk
dönəmlərdə dəfələrlə qabardıldı.
Atatürkün
«erməni məsələsi» adlandırılan bu məsələ özünün ən düzgün həllini Qars
müqaviləsində tapmışdır» müddəası ilə əsla razılaşmayan hayklar «problemləri»ni
beynəlxalq və məhəlli məclislərə çıxarmaq səylərini davam etdirdilər.
«Birləşmiş erməni heyəti» (A.Xatisyan, A.Aqaronyan, Q.Norandunkyan və b.)
Lozanna konfransından «vahid və müstəqil Ermənistan» qazanmağa
çalışdı. Bu alınmadıqda isə «Milli Ocağ»ın («Erməni yurdu»nun) qurulmasına
yardım göstərilməsi istənildi.
Heyətin
İngiltərə, Fransa və İtaliya hökumətlərinə ünvanladığı sənəddə (18.XI.1922) Sevr
müqaviləsinin 88-ci maddəsi ilə «tanınan azad və müstəqil Ermənistan»ın
gerçəkləşdirilməsi tələb olundu. «Milli Ocağ»ın yaradılması məqsədilə üç variant
(layihə) təklif edildi:
I.
ABŞ prezidentinin (V.Vilsonun) «verdiyi qərara» (onun «14
maddəsi» nəzərdə tutulur – İ.M.) əsasən ermənilərə bir ərazi parçasının
ayrılması;
II.
Ermənistan SSR-in hüdudlarının, Anadolunun şərq vilayətlərinin bəzi hissələrinin
və dənizə çıxış üçün bir limanın ona verilməsi hesabına genişləndirilməsi;
III.
Bu Ocağa (yurda) Kilikiyanın bir qisminin də qatılması;
Heyətin
fikrincə, Millətlər Cəmiyyəti (MC) Nizamnaməsinin 22-ci bəndi, Sevr müqaviləsi,
V.Vilsonun «14 maddəsi», London konfransı (1921), MC Baş Məclisinin
toplantısının (22.X.1922) qərarı və s. ilə «Milli Ocağ»a razılıq verilmişdi.
Türkiyə
hökumətinin «Erməni yurdu»nun Sovet (Rusiya) Ermənistanında qurula bilməsinə
dair mülahizəsi (mövqeyi) heyət tərəfindən əsassız sayıldı. Bu zaman Ermənistan
SSR-in 26 min km2 ərazisinin ancaq 1.260.000 nəfərlik öz əhalisini
saxlaya biləcəyi, həmin hüdudun «çox milyonluq erməni xalqı» üçün yetərsizliyi
«dəlillər»i önə çəkildi.
«Milli
Ocağ»ın qurulmasının ilhamçılarından sayılan lord Kerzonun və ermənilərə
«sığınacaq olaraq muxtar bir bölgənin (Une zone autoneme)» ayrılmasına çalışan
ABŞ təmsilçilərinin səyləri nəticə vermədi. Türkiyə diplomatiyası (İ.İnönü)
Anadoluda «Erməni yurdu»nun qurulmasını lüzumsuz və mümkünsüz hesab etdi.
Yalnız
Boğazlar problemi və recıimi ilə bağlı məsələlərə dair müzakirələrə dəvət alan
SSRİ diplomatlarının «Anadoluda Erməni yurdu» qurulmasına münasibəti də maraq
doğurur. G.Çiçerinin «Birləşmiş Erməni heyəti»nin üzvləri və «Erməni Dostları
Birliyi» adlı qurumla görüşləri, yazışmaları (25.I.1923) olduqca vacib bir
məqamı – Sovetlərin uzaqgedən məqsədlərini aşkarlamağa imkan verir.
Sovetlər, SSRİ daxilində Ermənistan respublikasının mövcud olduğu halda,
Moskvanın nəzarətindən tamamilə kənarda qalan Anadoluda yeni bir erməni
dövlətinin yaradılmasına yol açacaq layihəni bəyənmədi. Bu cür mövqe, gələcəkdə
Türkiyəyə qarşı ərazi iddiaları irəli sürərək həmin torpaqların «Ermənistan
SSR-ə birləşdirilməsi» adı altında SSRİ-yə qatılması niyyətlərindən irəli
gəlmişdi.
«Milli
Ocaq» («Erməni yurdu») layihəsini qəbul etməyən Sovet hökuməti SSRİ daxilində
onlara qayğı göstərdi. Bu, müxtəlif istiqamətlərdə həyata keçirildi. Öncə
Zəngəzurun bir (yuxarı və ya qərb) hissəsinin Ermənistan SSR-ə verilməsi
(«bağışlanması») «hüquqi əsaslarla rəsmiləşdirildi». Müəyyən məkrli
niyyət-planların gələcəkdə gerçəkləşdirilməsi məqsədilə «Kürdüstan qəzası» da
yaradıldı (21.VII.1923). Az sonra ləğv edilən bu inzibati ərazi vahidinin
təşkilində ona daxil olan torpaqların da gələcəkdə ermənilərə verilməsi və digər
məqsədlər güdülürdü.
Azərbaycan SSR-də (Dağlıq Qarabağda) yaşayan ermənilərə muxtariyyət hüququ
verildi. Qərbi Azərbaycanda (Ermənistan SSR-də) yaşayan soydaşlarımızın
muxtariyyət hüququ «unuduldu». DQMV-nin təşkili ilə əslində Azərbaycanın ərazi
bütövlüyünün pozulmasının davamı üçün zəmin hazırlandı.
|