|
Новая страница 1
Səbuhi Hüseynov
azərbaycanın
dağlıq
qarabağ
muxtar
vilayətində
mədəni quruculuq siyasəti: real faktlar və erməni uydurmalarının
əsassızlığı
Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və separatçı fəaliyyətinin
ideoloqları dəst-xəttlərinə haqq qazandırmaq üçün heç bir saxtakarlıqdan
çəkinmirlər. Bu uydurmalar kompleksində guya Azərbaycanın Dağlıq Qarabağ Muxtar
Vilayətində erməni dili və mədəniyyətinin sıxışdırılması, erməni abidələri və
mədəni sərvətlərinin məhv edilməsi və mənimsənilməsi cəhdlərinə dair iddialar da
mühüm yer tutur
(Карабахский
вопрос. Степ., 1991, с.8
(nəşr yerinin adı olduğu kimi saxlanılır-indi Xankəndi- S.H.)).
Azərbaycan tədqiqatçılarının muxtar vilayətdə mədəni quruculuq məsələlərinə dair
araşdırmaları ( Məmmədov N. Dağlıq Qarabağda mədəni quruculuq (1920-1940).
B.,2002; İmanov R. Azərbaycanın ərazi bütövlüyünə qəsd-qondarma Dağlıq Qarabağ
Muxtar Vilayəti. B., 2005 və b.) həmin iddiaların tənqidində mühüm yer
tutur.
Biz də bu məsələyə bir daha qayıtmağı zəruri hesab etdik. Buna əsas səbəblərdən
biri erməni saxtakarlarına öz nəşrlərinin dili ilə cavab vermək zərurəti oldu.
Bunun üçün bilavasitə Xankəndində DQMV Statistika idarəsi tərəfindən çap edilmiş
statistik toplular əsas götürülmüşdür. Xüsusi qeyd etməyə ehtiyac var ki, bu
statistik toplulara daxil edilmiş bütün rəqəmlər ermənilər tərəfindən
hazırlanmışdır. Belə toplulardan biri Sovet Dağlıq Qarabağının nailiyyətləri
adlandırılıb. (Baxın: Достижения Советского Нагорного Карабаха за 40 лет в
цифрах. Стат. сб., Степ.,1963). Toplu Vilayət Statistika idarəsinin rəisi
K.A. Koçarov və onun müavini V.Q. Asaturyanın rəhbərliyi altında hazırlanmışdır.
Burada xüsusi «Mədəniyyət» bölməsi ayrılmış (s.123-143) və 17 göstərici
(ümumtəhsil məktəbləri, orta ixtisas məktəbləri, texnikumları bitirən
mütəxəssislər, kütləvi kitabxanalar və s.) üzrə məlumatlar çap olunmuşdur.
Buradakı bütün göstəricilər DQMV-də mədəniyyət sahəsində həyata keçirilən
siyasətin, bütün əhalinin, o cümlədən ermənilərin mədəni yüksəlişinə səbəb
olduğunu şərhsiz də sübut edir. Aşağıdakı faktlara diqqət yetirək: 1914/15-ci
dərs ilində burada cəmi 49 məktəb, 3000 şagird, 79 müəllim var idisə, 1962/63-cü
dərs ilində bu rəqəmlər müvafiq olaraq 211, 30222 və 2782 olmuşdur
(там
же, с.123).
Kütləvi kitabxanaların sayı 1933-cü ildə 5, kitab fondundakı kitabların sayı 8,5
min idisə, 1962-ci ildə bu rəqəm 164 və 930,2 min olmuşdur. Klub müəssisələrinin
sayı 1927-ci ildə 28 idisə, 1962-ci ildə bu rəqəm 176 olmuşdur
(там же,
с.139-140).
Bir də təkrar etmək istəyirik ki, bu rəqəmlər bilavasitə DQMV-nin mərkəzində,
özü də erməni rəsmiləri tərəfindən tərtib olunan statistik topludan
götürülmüşdür.
Sonralar nəşr edilmiş statistik toplular da
(Нагорный Карабах за 50 лет. Стат.
сб.Степ.,1974; Достижения Нагорного Карабаха в девятой пятилетке.Степ.,1976 и
др.)
DQMV-də mədəni quruculuğun yüksəlişini real tarixi faktlarla ermənilərin özü
etiraf ediblər.
Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə (1969-1982) DQMV-nin
iqtisadi, həm də mədəni həyatında yeni uğurlar baş verdi. 1973-cü ildə vilayətin
mərkəzində müstəqil Pedaqoji İnstitut açıldı. 2001-ci ildə bu məsələlərə
münasibət bildirən H.Əliyev demişdir: «Azərbaycanın bütövlüyünü saxlamaq, bütün
ərazisini qorumaq üçün, biz o vaxtlar Dağlıq Qarabağa daha da çox diqqət
yetirirdik. Doğrudur, sonra bəzi diletant adamlar məni günahlandırırdılar ki,
bunu nə üçün edirdim. Mən bu gün də deyirəm, edirdim ona görə ki, Dağlıq
Qarabağı azərbaycanlılarla da məskunlaşdırmaq lazım idi. İkincisi, Dağlıq
Qarabağa, ermənilərə imkan verməyək ki, bu məsələni Qarabağın Ermənistana
verilməsi məsələsini qaldırsınlar». (Milli Məclisin 23 fevral tarixli
iclasında Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin nitqi //
Azərbaycan q., 2001,24 fevral). Buradan bir daha aydın olur ki, DQMV-nin
sosial-iqtisadi və mədəni inkişafı Azərbaycan rəhbərliyinin diqqət mərkəzində
olmuşdur.
Real tarixi vəziyyətə dair faktları aşkar etmək və bütün sahələrdə olduğu kimi
mədəni quruculuq sahəsində də ermənilər üçün təmin olunmuş uğurları göstərmək
dünya ictimai rəyinə təsir üçün böyük rola malikdir.
|