|
Новая страница 1
Yunis Hüseynov
ermənilərin
tarixi cinayətləri
Erməni
yer üzünün Əhriməni,
Ermənidir insanlığın düşməni
Sədi Şirazi
Son
illərdə tarix ədəbiyyatında insanlığa düşmən kəsilən ermənilər haqqında xeyli
real tarixi həqiqətlər əldə edilmişdir. Bu təsadüfi deyildir. Ona görə ki,
ermənilər özlərini dünyanın ən çox inkişaf etmiş milləti hesab edir, tarixdə
mövcud olmayan vətənləri və mədəniyyətləri haqqında təbliğat aparırlar. Özlərini
«əzabkeş», «zavallı» adlandıran ermənilər «Dənizdən-dənizə Ermənistan» ideyasını
utanmadan təbliğ edirlər. Hamıya məlumdur ki, tarixdə «Dənizdən-dənizə Böyük
Ermənistan» dövləti olmamışdır. Bu ideya ermənilərin uydurmasıdır, yalanı və
riyakarlığıdır, siyasi əxlaqsızlığıdır. 387-ci ildə Ermənistan deyilən ərazi
Roma ilə Sasani İranı arasında bölüşdürüldükdən sonra erməni dövləti tarixdən
silinərək, demək olar ki, bununla da erməni deyilən dövlət siyasi cəhətdən
birdəfəlik süquta uğradı.
Erməni tarixçisi B.İşxanyan 1916-cı ildə Sankt-Peterburq şəhərində nəşr
etdirdiyi «Narodnosti Kavkaza» əsərində yazır: «Ermənilərin həqiqi vətəni Kiçik
Asiyadır». Daha sonra o, qeyd edir ki, mənim millətim dünyanın hər yerinə
səpələnmişdir. Erməni tarixçisi demək istəyir ki, onun mənsub olduğu xalqın
(əgər belə demək olarsa) vətəni olmamışdır.
Daha bir fakt. Rusiya İmperator Akademiyasının müxbir üzvü, professor Kerop
Patkanyan yazır: «Ermənistan bəşər tarixində heç vaxt xüsusi bir rol
oynamamışdır. Bu siyasi bir termin deyil, ermənilərin səpələndiyi coğrafi
ərazinin adıdır».
XVIII əsrin sonu - XX əsrin əvvəllərində Rusiya imperiyasının xarici siyasətində
c ənubi Qafqaz diyarı da əsas yer tuturdu. İmperiya diyarı işğal etmək məqsədilə
bir-birinin ardınca Şimali Azərbaycana qoşun hissələri göndərirdi. General
Zubovun və general Sisianovun komandanlıqları altında Şimali Azərbaycana
göndərilən qoşun hissələri bura yalnız işğalçılıq məqsədilə gəlmişdilər.
İşğalçılıq planlarında Qarabağ xanlığına xüsusi yer verilirdi. 22 may 1805-ci
ildə Qafqaz qoşunlarının baş komandanı general Sisianov (o, mənşəcə gürcü idi)
19 saylı məlumatında çara bildirirdi ki, «Qafqaz özünün coğrafi mövqeyinə görə
Azərbaycanın, eləcə də İranın qapısıdır. Buna görə də onu əldə saxlamağa və
möhkəmlənməsinə daha çox səy göstərilməlidir». Xalqımızın qəddar düşməni olan
Sisianovun məqsədi tezliklə reallaşdı.
14
may 1805-ci ildə Gəncə yaxınlığında Kürəkçay sahilində Qarabağ xanı İbrahimxəlil
xanla Sisianov arasında bağlanan işğalçı sülh müqaviləsinə əsasən Qarabağ
xanlığı (tarixi Qarabağ - Y.Hüseynov) Rusiya imperiyasının tərkibinə daxil
edildi. Kürəkçay müqaviləsindən sonra general Sisianov Qarabağda imperiyanın
mövqeyini möhkəmləndirmək üçün Zaqafqaziyanın müxtəlif yerlərindən, İrandan bura
erməniləri kütləvi surətdə köçürməyə başladı. 1805-ci ildə Qarabağda 10000
ailənin yaşadığını qeyd edən bir mənbə 1808-ci ildə əhalinin sayının azalıb 7474
ailəyə çatdığını qeyd edir. Mənbələr 1823-cü ildə Qarabağda əhalinin sayı və
milli tərkibini aşağıdakı kimi göstərir: azərbaycanlılar 15729 ailə, onlardan
1111 ailə şəhərlərdə, 14618-i isə kənddə yaşayırdılar. Bu dövrdə Rusiya
imperiyasının köməyi ilə gətirilib yerləşdirilən ermənilərin sayı isə belə idi:
4366 ailə, onlardan 421 ailə şəhərlərdə, 3945 ailə isə kəndlərdə yaşayırdılar.
12
oktyabr 1813-cü il Gülüstan və 10 fevral 1828-ci il Türkmənçay sülh
müqavilələrindən sonra ermənilərin torpaqlarımıza kütləvi axını başladı. 1828-ci
il Türkmənçay sülhündən sonra, yəni 3 il ərzində İrandan 40 min, Türkiyədən 84
min erməni ailəsi c ənubi Qafqaza köçürüldü. Köçənlərin hesabına ermənilərin
sayı xeyli artdı. İrandan köçən 40 min erməni ailəsi Azərbaycanda
məskunlaşdırıldı. Onlar Qarabağ, İrəvan və Naxçıvan xanlıqları ərazilərində
yerləşdirildi. 14 sentyabr 1829-cu ildə Rusiya ilə Türkiyə arasında imzalanan
Ədirnə sülh müqaviləsindən sonra 84000 erməni ailəsinin c ənubi Qafqaza
köçürülüb Yelizavetpol (Gəncə), İrəvan, Tiflis quberniyalarında
yerləşdirilmələri bir daha ermənilərin sayının xeyli dərəcədə artmasına səbəb
oldu. Borçalı, Axalkalaki, Axaltsixi qəzalarının ən yaxşı torpaqlarında erməni
ailələri yerləşdirildi. Ermənilər Yelizavetpol quberniyasının bütün ərazilərinə
deyil, quberniyanın ancaq Göyçə gölündən başlamış dağlıq zonalarına paylanmışdı.
1828-1830-cu illərdə Yelizavetpol quberniyasının dağlıq zonasına 200000 erməni
köçürülmüşdü. 1908-ci ildə Zaqafqaziyada ermənilərin sayı gəlmələrin hesabına
1300000-ə çatmışdır. Bunların 1000000 nəfəri Rusiya imperiyası tərəfindən
Zaqafqaziyaya gətirilənlər idi.
Beləliklə, Rusiya imperiyasının fəal köməyi ilə Azərbaycanın Qərb bölgəsində,
İrəvan xanlığı ərazisində qondarma, Rusiyanın
forpostu olan xristian erməni dövləti yarandı. Böyük güzəştlər hesabına
torpaqlarımızda sığınacaq tapan nankor ermənilər Rusiya imperiyasının köməyi
ilə xalqımıza qarşı cinayətlər törətməyə başladılar. 1905-1907-ci, 1918-1920-ci
illərdə azərbaycanlılara qarşı açıqdan-açığa soyqırımı törətdilər.
Azərbaycanlıların 1918-ci il soyqırımı daha dəhşətli olmuşdur. 1918-ci il
soyqırımı zamanı erməni-bolşevik birləşmələri Bakıda 14 mindən artıq
azərbaycanlını qəddarlıqla öldürmüşlər. Erməni quldurları «Kaspi» qəzetinin
mətbəəsini, «Açıq göz» qəzetinin redaksiyasını, «İsmailiyyə» binasını yandırmış,
«Təzə pir» məscidinin minarələrini top atəşləri ilə dağıtmışlar.
Bolşevik-daşnak silahlı qüvvələri yalnız Bakıda deyil, Şamaxıda, Qubada,
Kürdəmirdə, Salyanda, Lənkəranda, Şuşada və Qarabağın digər ərazilərində qanlı
cinayətlər törətdilər. Adları tarixdə nifrətlə çəkilən S.Lalayans və T.Əmirov
Şamaxı əhalisinə qanlı divan tutmuşlar. Onların başçılıq etdikləri ermənilərdən
ibarət silahlı quldur dəstələri Şamaxıda 7 mindən çox azərbaycanlını amansız
qəddarlıqla öldürmüşlər. Erməni quldurları Şamaxının 72 kəndini dağıtmış,
saysız-hesabsız maddi abidəni yerlə yeksan etmiş, 12 min adamı öldürmüşlər.
Erməni quldurları Qubada, Xaçmazda ağlagəlməz qətllər törətmişlər. Qubada milli
qırğına başçılıq edən Hamazaps 100-dən artıq azərbaycanlı və yəhudini relslər
üzərində əli-ayağı bağlı üzüüstə düzərək üzərlərindən qatar keçirtmişdir. Bu
əclaf 40 nəfər azərbaycanlını və yəhudinin başını kəsdirib atların ayaqları
altında tapdalatmışdır. Quba qəzasında yuxarıda adı çəkilən erməni qatilinin
göstərişi ilə 122 kənd yandırılmışdır. Minlərlə dinc əhali məhv edilmişdir.
Təkcə onu deyim ki, erməni daşnakları Qubada 7 min adamı məhv etmişlər.
Azərbaycan Xalq
Cümhuriyyəti
ermənilərin törətdikləri qırğını, azərbaycanlıların soyqırımını tədqiq etmək
üçün qısa müddət ərzində xüsusi komissiya yaratdı. Komissiya külli miqdarda
material topladı. AXC-i
dövründə Mart Soyqırımı 1919 və 1920-ci illərin mart ayının 31-i iki dəfə
ümummilli Matəm Günü kimi qeyd edilmişdir. Lakin Azərbaycanda Sovet hakimiyyəti
qurulduqdan sonra bu hadisə 83 il unuduldu.
Azərbaycan torpaqları hesabına yaradılan və «Ermənistan» adlandırılan dövlət
xalqımıza düşmən kəsilmişdir. Ona dəstək verən həmişə Rusiya olmuşdur və indis
də belədir. 1948-1953-cü illərdə azərbaycanlılar müxtəlif bəhanələrlə Qərbi
Azərbaycan torpaqlarından deportasiya olundular. SSRİ Nazirlər Sovetinin 23
dekabr 1947-ci il 483, 10 mart 1948-ci il 754 saylı qərarları ilə
azərbaycanlılar Qərbi Azərbaycandan öz tarixi torpaqlarından deportasiya
olundular.
Torpaqlarımızın 20 faizi hazırda erməni faşistlərinin tapdağı altındadır. Erməni
faşistləri Qarabağda ələ keçirdikləri ərazilərdə binaları, məktəbləri,
uşaq-tərbiyə müəssisələrini, saysız-hesabsız tarixi abidələri, qəbiristanlıqları
məhv etmişlər.
Qarabağın başının tacı, elm və mədəniyyətimizin mərkəzi Şuşa erməni
separatçılarının tapdağı altındadır. Şuşa ərazisində ermənilərə aid heç bir
tarixi abidə yoxdur. Bu murdarlara məxsus olan qəbir daşlarının üzərində həkk
olunan tarix 1830-cu illərdən əvvəl deyildir. Deməli Türkmənçay müqaviləsindən
sonra Qarabağ xanlığı ərazisində məskunlaşan ermənilərin tarixi üçün bu əsaslı
dəlildir. Erməni saxtakarları buna baxıb öz iyrənc əməllərinə qiymət
verməlidirlər.
|