|
Новая страница 1
Bəxtiyar Həsənov
Azərbaycanın Qarabağ bölgəsinin mübahisəli əraziyə
çevrilməsində Rusiyanın rolu
Rusiya ilə İran arasında 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsi
Azərbaycanın iki hissəyə Şimali və Cənubi Azərbaycana bölünməsi ilə nəticələndi.
1828-ci
ildə Rusiya Şimali Azərbaycanı işğal edəndən sonra Azərbaycanın Qarabağ
bölgəsində hərbi komendant üsulu yaratmışdır.
Bu tarixdə Qarabağ əhalisinin 200.000 olduğu və bunun 95% ni türklərin təşkil
etdiyi bildirilir.
Rusiyanın ayrıca Qarabağda hərbi komendantlıq yaratması və xaricdən köçürüb
gətirdiyi erməniləri bu bölgədə yerləşdirməsi artıq bu ərazinin mübahisəli
əraziyə çevrilməsinə hazırlıq demək idi. Çünki o dövrdə Rusiya XX əsrin I
yarısında, Qafqazda mərkəzi Azərbaycanın İrəvan şəhəri olmaqla bir Ermənistan
dövləti yaratmasına tam əmin deyildi. Ona görə də Qarabağı hər halda Qafqazın
mərkəzində bir münaqişə ocağına çevirmək və bundan maksimum yararlanmaq
istəyirdi. Çünki Rusiya üçün Qarabağ Cənubi Qafqazda Kiçik Qafqaz dağ
silsiləsinin yüksəkliyində yerləşən strateji cəhətdən mühüm ərazilərdən biri
idi.
Rusiya İrandan və başqa ölkələrdən ermənilərin Qafqaza köçüb gəlməsini təmin
etmək üçün erməniləri 30 illik vergidən azad etmişdir. Şavrov N.N. «Новая угроза
русскому делу в Закафказии:
Предстящая
распродажа Мугани инородцам» əsərində yazır ki, 1826-1828-ci illərdə müharibə
qurtarandan sonra, iki il ərzində (1828-1830) Jənubi Qafqaza 40.000 mindən çox
İran və 84.000 Türkiyə ermənisi biz Yelizavetpol Quberniyasının dağlıq
hissəsində (Dağlıq Qarabağ nəzərdə tutulur H.B.), İrəvan Quberniyasının Göyçə
gölü sahilində dövlət tabeçiliyində olan 200.000 hektardan çox ayrılmış ən yaxşı
torpaqlarda və müsəlmanların xüsusi mülkiyyəti olan 2.000.000 rubldan çox pula
alınmış torpaqlarda yerləşdirdik. Rusiya müxtəlif yerlərdən gətirdiyi erməniləri
bu bölgələrdə yerləşdirməklə üç missiyanı həyata keçirmək istəyirdi. Birincisi,
ermənilərin bu bölgələrdə çoxluq təşkil etməsinə çalışmaq; İkincisi, bu say
çoxluğundan istifadə edərək bölgələri mübahisəli əraziyə çevirməklə Qafqazda bir
erməni dövləti yaratmaq; Üçüncüsü isə, Rusiyanın Qafqazda yürütdüyü siyasətə
ermənilərin davamlı olaraq qulluq etmələrinə nail olmaq;
Bu
köçürmə İrəvan xanlığının bir hissəsində və Qarabağ bölgəsinin dağlıq hissəsində
milli tərkibin dəyişməsinə səbəb oldu.
XIX əsrin 80-cı illərinin sonunda Şuşa qəzasında ermənilərin sayı əhalinin artıq
58 faizini təşkil edirdi.
1896-cı ildə qeneral-adyutant Şeremetyev özünün qeydlərində ermənilərin Jənubi
Qafqazda 900.000-ə yaxın olduğunu, 1908-ci ildə isə onların sayının 1.300.000-ə
çatdığını yazırdı.
Türk tarixçisi G. Kamran «Armənskoe dosğe» əsərində I dünya müharibəsi dövründə
və ondan sonra, Türkiyədən, İrandan, Suriyadan, Yunanıstandan, Balkan
ölkələrindən və başqa yerlərdən Qafqaza 700000 (yeddi yüz min) erməninin
qaçdığını (köçürüldüyünü H.B.) qeyd edir.
Məlumdur ki, bu ermənilərin bir hissəsi məqsədli şəkildə Qarabağda
yerləşdirilmişdi.
Yuxarıda qeyd olunan faktlardan aydın görünür ki, Ermənistan Respublikasının
yaranmasından 100 il öncə, ermənilər Rusiyanın və digər xristian qərb
dövlətlərinin köməyi ilə Qafqazda heç vaxt mövcud olmayan bir Ermənistan dövləti
yaratmaq üçün hazırlıq işlərinə başlamışdılar.
XX
əsrin əvvəllərində Rusiyada baş verən inqilab və birinci dünya müharibəsinin
təsiri 1917-ci il oktyabr çevrilişi ilə nəticələndi.
Bu
dövrdə Zaqafqaziyada siyasi hakimiyyət uğrunda mübarizə daha da kəskinləşməyə
başladı. Zaqafqaziyada olan siyasi partiyalar milli hakimiyyət uğrunda
mübarizəyə başladılar. Nəhayət, 1918-ci ilin may ayında, həmin ilin fevral
ayının 10-da yaradılmış Zaqafqaziya Seymi dağıldı. Zaqafqaziyada üç müstəqil
respublika - Gürcüstan, Azərbaycan və Ermənistan yarandı.
XX
əsrin əvvəllərində Ermənistan dövlətinin yaranması reallaşdı və nəhayət, 1918-ci
ildə mərkəzi İrəvan şəhəri olmaqla, Azərbaycanın İrəvan xanlığının ərazisində (9
min km2) bir erməni dövləti yaradıldı. Hal-hazırda isə Ermənistan
dövlətinin ərazisi 29,8 min km2-ə qədər genişləndirilmişdir ki, bu da
Azərbaycan torpaqlarının zaman-zaman mübahisəli əraziyə çevrilərək
mənimsənilməsinin nəticəsidir. 1920-ci il aprelin 28-də Azərbaycanın Rusiya
tərəfindən işğalından sonra, Azərbaycan əraziləri - Böyük Vedi, Zəngəzur,
Dərələyəz, Dilican (10,9 km2 ) Ermənistana verilmişdir. Rusiya
tərəfindən ermənilərə Azərbaycan torpaqlarının pay verilməsi SSRİ dövründə də
davam etdirilmişdir. 1922-1923-cü illərdə Göyçə mahalı, Naxçıvanın 9 yaşayış
məntəqəsi, 1929-cu ildə Qazax rayonundan 50 km2 ərazi, 1946-cı ildə
40 km2 meşə sahəsi, 1969-cu ildə Tovuz rayonundan 7,6 km2
ərazi, 1984-cü ildə yenə də Qazax rayonundan ayrılmış torpaq sahəsi Ermənistana
verilmişdir. 1988-ci ildən sonra Rusiyanın köməyi ilə Ermənistan tərəfindən ələ
keçirilmiş Azərbaycan əraziləri Dağlıq Qarabağ (Şuşa, Xankəndi, Ağdərə, Əsgəran,
Xocavənd) və digər rayonlar - Laçın, Kəlbəcər, Ağdam, Jəbrayıl, Fizuli, Qubadlı,
Zəngilandır.
Ermənilərin böyük dövlətlərin köməyi ilə Qafqazda çox asanlıqla kiçik bir
Ermənistan dövləti yaratması, onların böyük dövlətlərin sifarişi ilə «Böyük
Ermənistan» dövləti yaratmaq arzularını artırdı. Ermənistan dövləti dərhal
Ermənistanla həmsərhəd olan dövlətlərə - Türkiyəyə, Azərbaycana və Gürcüstana
ərazi iddiaları irəli sürməyə başladı.
Burada bir faktı nəzərə çatdırmaq lazımdır ki, 1919-cu il iyunun 25-də ABŞ
prezidenti Vilsonun Parisdəki evində Llyod George, Klemankeau Sonnino (İtaliya),
Makino (Yaponiya) nümayəndələrinin iştirakı ilə keçirilən toplantıda Vilson
«Böyük Ermənistan» yaratmaq fikrini irəli sürmüşdür.
Vilsonun bu fikrinin əleyhinə olaraq 1919-cu ilin yayında İtaliya hökumətinin
başçısı seçilmiş F.Nitti bunları söyləmişdir: «Böyük Ermənistan» əfsanəsi heç
olmasa ona görə lazım deyildir ki, heç olmasa kiçik Ermənistan mövcud olsun.
İtaliyanın başçısı Nittinin fikrindən aydın görünür ki, 1918-ci ilin mayında
yaradılmış Ermənistan dövləti heç vaxt mövcud olmamışdır. Hətta o dövrdə böyük
nüfuza malik olan İtaliya kimi bir dövlət tərəfindən tanınmırdı.
Göründüyü kimi, ermənilərin qonşu dövlətlərə ərazi iddiaları irəli sürməsi heç
də onların özlərinin cəsarəti deyildir. Böyük dövlətlərin siyasəti bunu o
qullardan (ermənilərdən) tələb edirdi.
Bu gün
də Qarabağı Azərbaycandan qoparmağa çalışan ermənilər keçmiş himayədarlarından
dəstək alaraq öz çirkin niyyətlərini həyata keçirmək istəyirlər.
|