|
Новая страница 1
Ədalət
Mustafayev
rusıya
və qərb dövlətlərının “dağlıq
qarabağ problemı”nə
yanaşma tərzı
Azərbaycanın Qarabağ bölgəsində münaqişə ocağının yaradılmasını bir neçə
istiqamətdən izah etmək olar. Əvvəla qeyd edək ki, Azərbaycana qarşı olan
təcavüz, əzəli Azərbaycan yurdu olan İrəvanda din amilindən istifadə edən
beynəlxalq dövlətlər tərəfindən erməni dövlətinin yaradılması, Zəngəzur və digər
ərazilərin işğalı və bizim bütün bunlarla barışmağımız bu günkü problemlərin
yaranmasına səbəb olmuşdur. Ardıcıl olaraq məğlubiyyətə doğru getməyimizin
səbəblərindən biri kimi unutqanlığımız, problemin əsas kökünü açmamağımız, kənar
qüvvələrə inamımız, ermənilərə qarşı kəskin nifrət oyada bilməməyimizdən irəli
gəlir. Qeyd etmək yerinə düşər ki, müsəlmanlara, əsasən də türklərə qarşı nifrət
hər bir erməninin qəlbində mövcuddur. Dünyanın harasında yaşamasından asılı
olmayaraq, tutduğu mövqeyə baxmayaraq, hər bir azərbaycanlı itirilən bütün
torpaqların qaytarılması üçün çalışmalı, erməni millətinə qarşı nifrəti
nəsildən-nəsilə ötürməlidir. Azərbaycana dost və yaxın olan Orta Asiya
dövlətləri də daxil olmaqla, bütün ölkələrdə iş aparılmalı, ermənilərə qarşı
ciddi müqavimət yaradılmalıdır. Azərbaycanlı adını daşıyan hər bir şəxs
bütövlüyümüz və dövlətçiliyimiz üçün hər nə bacarırsa köməyini əsirgəməməlidir.
Beynəlxalq təşkilatların Qarabağ münaqişəsi ilə bağlı tutduğu mövqeyə nəzər
salaq.
Ermənilərin tarixi Azərbaycan torpaqları olan İrəvanda, Qarabağda
yerləşdirilməsi, erməniləşdirmə siyasəti böyük dövlətlərin marağında olmuş və
onların köməyi nəticəsində baş tutmuşdursa, həmin dövlətlər tərəfindən rəhbərlik
edilən bugünkü beynəlxalq təşkilatlardan nə gözləmək olar?
Beynəlxalq təşkilatlar Qarabağ münaqişəsi ilə bağlı hansı dövrdən fəallaşmağa
başladılar və daha sonra nələr baş verdi? Əvvəla qeyd edərdim ki, beynəlxalq
təşkilatların Qarabağla bağlı tutduğu mövqe birtərəflidir. 1992-ci ilin
əvvəlindən Qarabağ münaqişəsi beynəlxalq əhəmiyyətli məsələyə çevrilib. Bəzi
dövlətlər bu məsələni həll etmək üçün məsləhətləşmə aparır, vasitəçi rolunda
çıxış etməyə cəhd göstərirdilər. Bu münaqişənin həll edilməsində Avropa
Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı daha fəal iştirak edir.
1992-ci
ilin fevral ayının 27-28-də ATƏT-in Praqada keçirilən 7-ci iclasında münaqişə
bölgəsindəki missiyanı açıqlayan məruzə dinlənilir və sonrakı iclaslarda
münaqişə bölgəsində baş verən prosesləri dinc vasitələrlə aradan qaldırmağı
təklif edirdilər. 1992-ci ilin mayın 7-də ATƏT-in Dağlıq Qarabağa dair Minsk
konfransının sədri M. Rafayelli başda olmaqla nümayəndə heyəti Azərbaycana
gəldi. Azərbaycanda səfərdə olan nümayəndə heyətinin təklifi belə oldu ki,
regionda sülhün bərqərar olması üçün “uzunmüddətli atəşkəs” elan edilməli və
konfransın çağırılması üçün şərtlər müəyyənləşdirilməlidir.
ATƏT-in üzvü olan aparıcı 9 ölkə numayəndələrinin iyunun 3-4-də Romadakı
görüşündə münaqişənin həllinə dair yeni sənəd imzalandı. Eyni zamanda qəbul
edilən sənədlərin yerinə yetirilməsində böyük dövlətlər maraqlı deyildilər.
Qarabağda separatizmin güclənməsi, qondarma “respublika” elan olunması və kənar
dövlətlərdə “tanınması” həmin dövlətlərin köməyi nəticəsində baş verirdi. Dağlıq
Qarabağda terror qruplarının yetişdirilməsi, narkotiklərin alışı və satışına göz
yuman dövlətlərdən münaqişənin ədalətli həllini gözləmək sadəlövhlük olardı.
1994-cü il mayın 16-da Moskvada Rusiya, Azərbaycan və Ermənistanın müdafiə
nazirlərinin görüşündə atəşin tamamilə dayandırılması müzakirə edilir.
Rusiya
prezidentinin xüsusi nümayəndəsi V. Kazimirovun xüsusi canfəşanlığı da
ermənilərin xeyrinə olan manevrlərdən biri idi.
1995-ci il fevralın 6-dan 11-dək Moskvada Azərbaycan, Ermənistan və Dağlıq
Qarabağ nümayəndələri arasında danışıqlar başladı. Danışıqlarda Dağlıq Qarabağ
ermənilərinin tərəf kimi tanınması üçün Azərbaycana böyük təzyiqlər göstərildi.
Ermənistan tərəfi istəyirdi ki, danışıqlarda yalnız Dağlıq Qarabağın erməni
icması, Azərbaycan və Ermənistan iştirak etsin. Bu danışıqlarda Azərbaycana
təzyiqlərdən biri kimi “Laçın dəhlizi”nin ermənilərin əlində saxlanması təklif
edilirdi. Təbii ki, Azərbaycan tərəfi bu təklifə razılaşa bilməzdi. Sülh
danışıqlarının ilkin mərhələsində Laçın və Şuşadan Ermənistan ordu
birləşmələrinin çıxarılmasını təklif edən Azərbaycan tərəfi Qarabağın status
məsələsi və Laçın dəhlizinin müvəqqəti olaraq beynəlxalq qüvvələrin nəzarətində
saxlanması ilə razılaşdı. Danışıqlar uğursuzluqla nəticələndi.
Qeyd etmək lazımdır ki, istər Rusiya, istər qərb dövlətləri bu problemi ATƏT-in
Minsk Qrupu çərçivəsində həll etməyə cəhd göstərsələr də, bu görüntü xarakteri
daşıyırdı. Böyük dövlətlər beynəlxalq qanunlara uyğun məsələnin həllinin
tərəfdarı olduğunu bildirsələr də, əslində onların öz maraqları var idi. Hər bir
uğursuz danışığın sonunda Ermənistanın hərbi cəhətdən güclənməsi üçün bütün
lazımi köməkliklərin göstərilməsi və sərbəst danışıqlar aparmağa icazə
verilməməsi bir daha bu dövlətdən əlində oyuncaq kimi istifadə edən Rusiya və
digər qərb dövlətlərinin beynəlxalq qanunlar adı altında yürütdüyü siyasətin əsl
mahiyyəti görünür.
Moskvada Rusiya ilə Ermənistan arasında 25 illik müqavilənin bağlanması, Rusiya
qoşunlarının Ermənistandakı fəaliyyətinə hüquqi qiymət verilməsinin nəyə xidmət
etdiyi məsələnin mahiyyətini açmağa imkan verir. ATƏT-in Minsk Qrupunun
həmsədrlərindən olan V. Kazimirov və A. Bürnerin, sonrakı dövrdə isə H. Talvitye
və R. Niberq münaqişə bölgələrində dəfələrlə olsalar da, problemin həlli
istiqamətində heç bir irəlləyiş olmamışdır.
Dağlıq Qarabağ münaqişəsinin həllində tam səlahiyyətli dövlət Azərbaycan olduğu
halda maraqlı qüvvələr münaqişəni beynəlxalq dövlətlərin müzakirəsinə çıxartmağa
nail oldular. Böyük dövlətlər isə bu münaqişənin həllini ləngidir və öz siyasi
maraqları üçün manevr edirlər. Qarabağ probleminin həllini müzakirə edən hər bir
təşkilatın müəyyən bir təklif planı və öz fikirləri vardır. Azərbaycan tərəfi
beynəlxalq təşkilatlardan təcavüzkarı tanımağı tələb etməklə, sülh
danışıqlarında fəallığını artırır, eyni zamanda işğalçını yerində oturtmaq üçün
zor tətbiq etməkdən çəkinməyəcəyini bildirir. Qarabağ problemi ilə daha yaxından
tanış olan dövlətlərdən biri Rusiyadır. Bu problemlə maraqlanan bəzilərinin,
məsələn, Böyük Britaniya jurnalisti Tomas De Ballın fikrinə görə, münaqişənin
həlli iki xalqın - erməni və Azərbaycan xalqlarının əlindədir. Üç il əvvəl Tomas
De Ball erməni-Azərbaycan problemləri ilə bağlı “Blask Carden”, “Qarabağ”
kitabını nəşr etdirdi. Kitab rus dilinə tərcümə olunmuşdur. De Ball göstərir
ki, bu kitabın buraxılmasında Azərbaycan politoloqlarının böyük köməyi olmuşdur.
De Ball 1988-ci ildən, Sumqayıt hadisələrindən başlamış, azərbaycanlıların
Ermənistandan qovulmasınadək bütün məsələlərə toxunmuşdur.
Qarabağ konfliktinin yüksələn xətlə getməsi və genişlənməsində britaniyalı
jurnalist o vaxtkı ittifaq rəhbərliyini günahlandırır və geyd edir ki,
məsələnin həll olunmaz dərəcəyə çatdırılması da yenə bu maraqların nəticəsidir.
Bu konfliktlə maraqlananlar bilməmiş deyillər ki, konfliktin həlli əsasən
Rusiyadan və Azərbaycanın qəti addımından asılıdır.
Azərbaycan və Ermənistan hələ keçən illərdə cəmi bir dəfə problemin həllinə
yaxınlaşmağa nail oldularsa da, onda da Ermənistan parlamentində terror
aktlarının baş verməsi göstərdi ki, bu dövlət terrorçu qrupların əlindədir. Bu
terror təşkilatlarını dəstəkləyən kənar qüvvələr zəif deyildir. Beynəlxalq
təşkilatların yürütdüyü siyasətin davamı olaraq 2006-cı il 10-11 fevralda
Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə Rambuye qəsrində keçirilmiş
görüşləri bir daha Ermənistanın oyuncaq dövlət olduğunu sübuta yetirdi.
|