Rusiya-İran və Rusiya-Türkiyə müharibələri nəticəsində
qalib gələn şimal dövləti Azərbaycan torpaqlarina ermənilərin kütləvi
köçürülməsini təşkil etdi. Qarabağın Dağlıq hissəsinə ermənilər daha çox
köçürülürdülər. Ermənilərin Qarabağa kütləvi köçürülməsi barədə təkzibedilməz
dəlil-sübutlar vardır. 1978-ci il Dağliq Qarabağın Ağdərə (Mardakert) rayonunun
Marağa kəndində İrandan köçürülmənin 150 illiyi münasibətilə abidə ucaldıldı.
Ermənilərin gəlmə olduqları haqqında N.Adons, M.Abeqyan, İ.Şopen, F.Lenorman,
S.Qlinka, Şavrovun maraqlı fikirləri vardır.
Şavrov qeyd edir ki, Qafqazda
olan 1 mln. 300 min ermənidən 1 mln-u gəlmədir. Nəzərə alaq ki, Qarabağda
xristian dininə qulluq edən albanların erməniləşməsi də ermənilərin say
tərkibinə təsir etmişdir. Ümumiyyətlə, ermənilər nə qədər tarixi
saxtalaşdırsalar da tarixi qaynaqlara arxalanaraq onların gəlmə olduqlarını
qəbul edənlər artmaqdadır. Feliks Tsertvadze "Unudulmuş soyqırım" kitabında qeyd
edir ki, ermənilər Fransaya, Argentinaya necə gəlmədilərsə eləcədə Qafqaza
gəlmədilər. Ancaq bütün bunlara baxmayaraq onlar dünya qarşısında özlərini
aborigen əhali kimi qələmə verirlər. Azərbaycanlılara qarşı soyqırım
törətdikləri halda, özlərini soyqırıma məruz qalmış xalq kimi tanıtmağa cəhd
göstərirlər. Qeyd etmək yerinə düşər ki, "böyük güclər" ermənilərə bu işlərdə
həmişə yardımcı olmuşlar.
Azərbaycan torpaqlarının hissə-hissə bölünüb
ermənilərə verilməsi ənənəsi çar Rusiyasının varisi olan Sovet hakimiyyəti
dövründə də ardıcil davam etmışdir. Təkcə XX əsrin 1-ci rübündə
Azərbaycan torpaqlarinın 30%-i Ermənistana verilmişdir. Ermənilər üçün
Azərbaycan torpaqlarında dövlət yaradılmış, azərbaycanlıların kütləvii surətdə
məhv edilməsinə rəvac verilmişdir.
Necəki, Nyu-Yorkda Marina Nevinsonun rusdilli
televiziya kanalına verdiyi müsahibədə 1990-cı il yanvar ayında rus ordusunun
erməni muzdlu dəstələrinin köməyi ilə azərbaycanlıları güllə-boran etməsini "unudaraq"
ermənilərin kütləvi qırılması kimi böhtanlar danışır. Erməni və
ermənipərəst qüvvələr həmişə Dağlıq Qarabağ münaqişəsinə bu məntiqlə yanaşırlar.
Erməni gizli təşkilatları XX əsrin 80-ci illərindən etibarən Dağlıq Qarabağ ərazisində Moskvanın köməyi ilə fəallaşmağa başlayir və tarixən
Azərbaycan torpaqları olan Qarabağin Ermənistana verilməsi tələbi ilə çıxış
edirlər.
Həmin vaxtdan etibarən
azərbaycanlıların Qarabağdan və Ermənistandan kütləvi qovulması prosesi başlayır.
Bütün hadisələri Rusiya ermənilərin xeyrinə nəzarətdə saxlayırdı. Əgər belə
olmasaydı "Sumqayıt hadisələrində təxribatçı qüvvələrə rəhbərlik edən, 4
ermənini şəxsən öldürən Eduaq Qriqoryan kimilərinin
cinayətini
"sülhsevər"
Qarbaçovdan soruşmaq lazım gəlməzdi.
Dağlıq Qarabağ hadisələri
başlayan gündən qədim İrəvan ərazisində qalmış azərbaycanlıların köçürülməsi,
öldürülməsi, diri-diri yandırılması və müxtəlif işgəncələrə məruz qalması özünü
"mədəni" xalq adlandiran ermənilər üçün adiləşmişdir. Beləliklə Qərbi
Azərbaycanın tamamilə azərbaycanlılardan təmizlənməsi prosesi 1991-ci il
avqustun 8-də sonuncu türk kəndi Nüvədinin boşaldılması ilə başa çatdı.
Azərbaycanlıların bu son dövrdəki deportasiyasinda da Rusiya yaxından iştirak
etdi. Qeyd etmək yerinə düşər ki, Mərkəzi Komitədə oturan məsul şəxsin hər biri
ermənilərə dayaq durur, azərbaycanlıların haqq səsinin boğulmasına rəvac verir,
azərbaycanlılar haqqında mənfı fıkirlər formalaşdırırlar. 1988-ci il 11 fevralda
Qarabağdan Moskvaya gedən 9 nəfər nümayəndə heyətini qəbul etmiş (Qorbaçovun
zəmanəti ilə) MK-nm şöbə müdiri V.Mixaylov hadisələrin başlanmasına xeyir-dua
verdi.
Azərbaycanlıların Dağlıq
Qarabağdan qovulması, Xocalı şəhərinin yer üzündən silinməsində Ermənistanla
birgə rus ordusu yaxından iştirak etmişdir. Bu münaqişənin həllinə mane olmaqda
Rusiya həmişə maraqlı olmuşdur. Vladimir Kazimirova sual olunanda ki, istər
Azərbaycanda, istərsə də Ermənistanda çoxları belə hesab edir ki, Qarabağ
probleminin həllinin açarı Rusiyanm əlindədir. O bununla razılaşır. Rusiyanın
bütün məsələlərdə Azərbaycana qarşı bu qədər aqressiv münasibətinin davam etməsi,
etnik separatizm meyllərindən istifadə
edərək, regionu öz təsir dairəsində saxlamaq siyasəti yürütməsi, neft
maraqlarının prioritet olması və müstəmləkəçilik düşüncələrinin davam
etməsinin məntiqi nəticəsidir.