Ermənilərin törətdikləri bu soyqırım nəticəsində:
- 613
nəfər öldürülmüş; (63 uşaq, 106 qadın, 70 qoca)
- 56
nəfər xüsusi amansızlıqla qətlə yetirilmiş;
- 1000
nəfərdən artıq adam yaralanmış və nəticədə əlil olmuş; (eləcədə 76 uşaq)
- 8
ailə tamamilə məhv edilmiş;
- 25
uşaq hər iki valideynini, 130-u birini itirmiş;
- 1275
nəfər əsir götürülmüşdür.
Bütün bu
vəhşiliklər nəticəsində 150 nəfərin taleyi hələ də aydın olmamış və qətlə
yetirilənlərin cəsədlərini şəhərdən çıxarmaq mümkün olmadığından yalnız 335
meyid dəfn edilmişdir.
Xocalıda baş
verən hadisələri bütün dünya ictimaiyyəti ermənilərin azərbaycanlılara qarşı
törətdiyi soyqırımı kimi tanımalıdır. Çünki soyqırımın bütün obyektiv
cəhətlərinə Xocalıda rast gəlmək mümkündür.
Soyqırım hər
hansı bir milli, etnik, irqi və ya dini qrupun tam və qismən məhv edilməsi
məqsədilə hərəkətlərdə ifadə olunan və aşağıdakı yollarla həyata keçirilən
beynəlxalq cinayətdir:
- Bu
qrupların üzvlərinin öldürülməsi;
- Onların
sağlamlığına ağır zərbə zərər yetirilməsi;
- Uşaqların
doğulmasına zorakı əngəllər yaradılması;
- Bir
qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirilməsi;
- Zorla
köçürmə;
- Qrupun
məhv edilməsinə yönələn şəraitin yaradılması.
Soyqırım
cinayəti ilk dəfə olaraq 1948-ci il 9 dekabr BMT Baş Assambleyasının 260 A (III)
saylı qətnaməsi ilə beynəlxalq hüquqi status almışdır.
Bunula yanaşı
Xocalı hadisələrinə soyqırım kimi qiymət verməyə istinad ediləcək bir çox
beynəlxalq hüquq normaları və müqavilələr mövcuddur.
- Nürnberq Hərbi
Tribunalının Nizamnaməsi (buradan soyqırımı təşkil edən hərəkatlar bəşəriyyətə
qarşı cinayətlər və hərbi cinayətlər kimi tövsif olunur).
- Beynəlxalq
Cinayət TribunalınınYaqoslaviya üzrə Nizamnaməsinin 4-cü maddəsi.
- Beynəlxalq
Cinayət Tribunalının Ruanda üzrə Nizamnaməsinin 1-ci maddəsi.
- Beynəlxalq
Cinayət Məhkəməsinin statusunun 6-cı maddəsi.
- Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinin 103-cü maddəsi.
- AR-Prezidentinin
“Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanı.
Bütün bunları
nəzərə alaraq “Soyqırım” hüquqi norması cinayət kimi beynəlxalq hüquqa əsasən
aşağıdakı hüquqi nəticələri doğurur:
a) Soyqırım cinayəti
törətmiş şəxslərin cinayət təqibi və cəzalandırılması qaçılmazdır.
b) Cinayət tərkibi təkcə soyqırım aktının törədilməsi deyil,
həm də soyqırım törədilməsi məqsədi ilə sui-qəsd, soyqırım törədilməsinə birbaşa
və açıq şəkildə təhrixçilik, soyqırım törədilməsinə qəsd və soyqırımda
iştirakdır.
c) Soyqırım törətmiş şəxslərə universal yurisdiksiyanın
prinsipləri tətbiq edilməlidir.
d) Soyqırım cinayəti törədilərkən əmrin icrasına istinad
etmək məsuliyyətdən azad etmir.
e) Rəhbərlər
soyqırım cinayətinin qarşısının alınması üzrə hərəkətləri həyata
keçirmədiklərinə görə məsuliyyət daşıyırlar.
f) Soyqırım
cinayətlərinə cinayət məsuliyyətinin tətbiqinə cəlbetmə müddəti tətbiq edilmir.
g) Soyqırım
cinayətinə münasibətdə qanunun retroatik tətbiqinə yol verilir.
h) Soyqırım
cinayəti törətmiş şəxslər cinayət məsuliyyətinə cəlb edilmələri üçün tələb edən
ölkəyə verilməlidir.
Beləliklə
Xocalıda ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər beynəlxalq
hüquqi sənədlərə uyğun olaraq soyqırım kimi tövsif olunur.
Bunları nəzərə
alaraq bütün dəlilləri Azərbaycan dövləti Beynəlxalq Məhkəməyə təqdim etməlidir.
Beynəlxalq
məhkəmə isə öz növbəsində:
- Xocalı qətliamını soyqırım kimi tanımalı
- Gətirilən bütün sübutlu faktlar nəticəsində xüsusi qətnamə əsasında bu işlə
məşğul olan tribunal yaratmalıdır ki, soyqırım törədən şəxsləri layiqincə
cəzalandırsın. Bu mümkün olmazsa Beynəlxalq Tribunal və milli məhkəmə tərəfindən
paralel yurisdiksiya qaydalarına uyğun olaraq soyqırımda təksirli bilinənləri
mühakimə etməlidir.
Tarixin bu səhifəsində beynəlxalq hüququn ümumtanınmış
normaları ilə qorunan İnsan hüquq və azadlıqları kobudcasına pozulmuşdur.
Ermənilərin Xocalıda azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər birbaşa
olaraq beynəlxalq hüquqa ziddir.
Xocalıda baş verən
hadisələrdə azərbaycanlırın təbii hüquqları - xüsusilə yaşamaq, azadlıq,
şəxsi toxunulmazlıq, mülkiyyət hüquqları kəskin şəkildə pozulmuş və
tapdanmışdır. Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi bu soyqırımda İnsan
hüquq və azadlıqlarını özündə əks etdirən Cenevrə konvensiyası, BMT-nin Baş
Məclisinin 10 dekabr 1948 -ci ildə elan olunan İnsan hüquqlarının Ümumi
Bəyannaməsinin, "İnsan hüquqlarının ümumi və əsas azadlıqlarının müdafiəsi
haqqında" Avropa Konvensiyasının, BMT-nin Mülki və Siyasi hüquqlar haqqında
Paktın maddələri ermənilər tərərfindən ciddi şəkildə pozulmuşdur.
Bu
hüquqları özündı
cəmləşdirən normativ aktların maddələrində göstərilən hüquqlar Xocalı
soyqırımında ermənilər tərəfindən ayaq altına salınıb tapdanmışdır. 1948-ci il
10 dekabrda elan olunan BMT-nin Baş Məclisinin İnsan hüquqlarının Ümumi
Bəyannaməsinin aşağıdakı maddələri pozulmuşdur:
a) maddə 2: Hər bir
şəxs dilindən, dinindən, milliyətindən və digər səbəbdən, fərq qoyulmadan bu
Bəyannamədə təsbit olunmuş bütün hüquq və azadlıqlara malik olmalıdir.
b) maddə 3: Hər kəsin
yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var.
c) maddə 5: İnsan
ləyaqətini alçaldan, insaniyyətlikdən kənar və qəddar hərəkətlər qadağandır.
d) maddə 9:Özbaşına
həbslər, saxlanılmalar və ya qovulmalar qadağandır.
e) maddə 17: Hər bir
insanın əmlaka malik olma hüququ vardır və insanın əmlakdan özbaşına məhrum
edilməsi qadağandır.
İnsan hüquqlarının
Ümumi Bəyannaməsi ilə yanaşı BMT Baş Məclisinin 2200A (XXI) saylı 16 dekabr 1966
-ci il tarixli qətnaməsi ilə qəbul edilən və 1976 -ci il 23 martda qüvvəyə minən
BMT-nin Mülki və Siyasi hüquqlar haqqında Paktın da insan hüquqlarını qoruyan
maddələri pozulmuşdur:
a) maddə 6: Yaşamaq
hüququ hər bir insanın ayrılmaz hüququdur. Bu hüquq qanunla qorunur . Heç kəs
özbaşına həyatdan məhrum edilə bilməz.
b) maddə 7: Heç kəs
qəddar, insanlıqdan kənar işgəncələrə, yaxud onun ləyaqətini alçaldan davranışa, yaxud cəzaya məruz qalmamalıdır. O cümlədən, heç bir şəxs üzərində onun azad
razılığı olmadan tibbi yaxud elmi təcrübə aparıla bilməz.
c) maddə 8 : Heç kəs
köləlikdə saxlana bilməz. Köləlik və qul ölkələrini bütün növləri qadağandır.
d) maddə 9: Hər bir
insanın azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Heç kəs zorla həbs və yaxud
dustaq edilə bilməz. Heç kəs qanunla müəyyən olunmuş əsaslar olmadan və müvafiq
prosedurlara əməl olunmadan azadlıqdan məhrum edilməməlidir.
Xocalıda ölən
insanların, əlil olanların, əsir götürülüb işgəncə verilənlərin hüquqları
pozulmayıbmı?
Bəli kobudcasına
pozulub, 1992-ci il 26 fevral tarixində Xocalıda yaşayan Azərbaycan əhalisi
ermənilər tərəfindən bu hüquqlardan məhrum edilmiş və ölüm və zorakılığa məruz
qalmışlar. Bütün bu faktları nəzərə alaraq Azərbaycan dövləti öz vətəndaşlarının
hüquqlarını qorumaq məqsədilə BMT İnsan hüquqkarı Komitəsinə müraciət etməlidir.
Bütün bunlarla yanaşı
Xocalıda baş verən soyqırım aktında "İnsan hüquqlarının ümumi və əsas
azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının da maddələri
pozulnmuşdur:
a) maddə 2: Hər bir
insanın həyat huququ qanunla mühafizə olunur. Cəzalandırılması qanunla nəzərdə
tutulmuş cinayətin törədilməsinə görə məhkəmə tərəfindən çıxarılan ölüm hökmünün
icrasından başqa, heç kəs qəsdən həyatdan məhrum edilə bilməz.
b) maddə 3: Heç kəs
işgəncələrə, qeyri-insani rəftara və ya ləyaqətini alçaldan cəzaya məruz
qalmamalıdır.
c) maddə 4: Heç kəs
köləlikdə və ya məcburi vəziyyətdə saxlanılmamalıdır.
d) maddə 5: Hər bir
insan azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdir.
e) maddə 8: Hər bir
insan, onun şəxsi və ailə həyatına hörmət edilməsi, mənzil toxunulmazlığı və
yazışma sirri hüququna malikdir.
Xocalıda 613 nəfərin
ölümü, 1000-dən çox adamın yaralanıb əlil olması, 1500-ə yaxın insanın əsir
alınıb işgəncə verilməsi faktları bir mənalı şəkildə konvensiyanın sözü gedən
maddələrinə ziddir. Bunu nəzərə alaraq Azərbaycan dövləti İnsan hüquqları üzrə
Avropa Məhkəməsinə müraciət etməli və bu hüquqları pozan ermənilərin
cəzalanmasını tələb etməlidir.
Bugün bizim başımıza
gələn bu faciə sabah istənilən bir xalqın başına gələ bilər. Çünki Ermənistan
hələ də mövcuddur və öz terrorçuluq ideyalarını yaymaqla məşğuldur. Xristian
dövlətləri ermeni terrorunun törətdiyi dəhşətləri və bu terrorun qurbanlarını
unudub QONDARMA “Erməni Soyqırımını” yavaş-yavaş tanımağa başladılar. Hətta
Fransa kimi humanist ölkə qəti addımlar atdı. Bütün bunlara baxmayaraq
Bəşəriyyətə bir daha səslənirəm erməninin TERRORÇU oldugunu unutma, çünki
Tarix heç nəyi
unutmur...