XIX əsrin ikinci yarısından başlayaraq erməni xalqının bir
neçə nəsli milli müstəsnalıq, türk və Azərbaycan xalqlarına qarşı düşmənçilik
ruhunda tərbiyə edilmişdir. Erməni “alimlərinin” səyləri ilə dədə-baba
torpaqlarımızın tarixi saxtalaşdırılmış, adları dıyişdirilmiş, ermənilərin
tarixi şişirdilərək qədimləşdirilmiş, azərbaycanlılara qarşı kəskin mənəvi
təcavüz kampaniyası aparmışdır. Soydaşlarımıza qarşı törədilmiş kütləvi
qırğınlar, 1905-1906-cı illər, 1918-1920-ci illər, 1948-1953-cü illər və
1988-1994-cü illərdə baş vermiş hadisələr erməni millətçi dairələri və onları
himayə edən böyük dövlətlərin mürtəce qüvvələri tərəfindən azərbaycanlı əhaliyə
qarşı aparılmış etnik düşmənçilik siyasətinin nəticəsi idi.
Azərbaycanlıların
soyqırımı Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, İrəvanda,
Gəncədə, Lənkəranda və digər yerlərdə xüsusi qəddarlıqla həyata keçirilmişdir.
Həmin ərazilərdə dinc əhali kütləvi şəkildə məhv edilmiş, kəndlər yandırılmış,
milli abidələr dağıdılmış və yandırılmışdır. Son aylarda Qubada təsadüf
nəticəsində aşkar olunan kütləvi qəbirstanlıq 1918-ci ildə törədilən erməni
vəhşiliyinin bariz nümunəsidir.
Ötən əsrin 80-cı illərinin sonlarında da yaranmış
şəraitdən əlverişli istifadə edən erməni millətçiləri Azərbaycana qarşı ərazi
iddialarını həyata keçirmək üçün əvvəlcə Ermənistan Respublikası əzəli sakinləri
olan yüz minlərlə azərbaycanlıların dədə-baba yurdlarından zorla departasiyasını
başa çatdırmış, sonra isə ölkəmizə qarşı açıq silahlı təcavüzə başlamışlar.
Artıq 19 ildir ki, elan olunmamış işğalçılıq müharibəsi
nəticəsində Azərbaycan torpaqlarının 20%-i zəbt olunmuş, bir milyona yaxın
soydaşımız qaçqın və məcburi köçkünə çevrilmiş, on minlərlə adam həlak olmuşdur.
Lakin buna baxmayaraq Azərbaycan dövləti Ermənistan Respublikasının təcavüzünün
nəticələrini sülh yolu ilə aradan qaldırılmasına çalışır. Ermənistanla
Azərbaycan arasında cəbhə xəttində atəşkəs rejiminin mövcudluğuna baxmayaraq,
hər gün silah səsləri eşidilir, onlarla əsgər və dinc əhali qətlə yetirilir,
əkin və meşə sahələri yandırılır.
Ermənistan öz işğalçı siyasətini davam etdirərək
Azərbaycan torpaqlarının bugünədək işğaldan azad etməməsi, erməni hərbçiləri
tərəfindən cəbhə bölgələrində atəşkəsin mütəmadi surətdə pozulması nəinki Cənubi
Qafqaz üçün bütün dünyada təhlükə mənbəyi kimi qalır. Dünyada terrorçuluq
sahəsində böyük təcrübəyə malik olan ermənilər tərəfindən işğal olunmuş
ərazilərdə terrorçuluğun 4 istiqaməti üzrə fəaliyyət göstərirlər:
1.
Nüvə
terroru;
2. Bioloji terror;
3. Kimyəvi terror;
4. Kompyuter terroru.
5. Milli
sərvətlərimizin talan olunmasını (qızıl ehtiyatlarının, mineral ehtiyatların,
meşələrin) isə xüsusilə qeyd etməliyik.
Çox təəssüflər olsun ki, BMT Təhlükəsizlik Şurasının
Ermənistan-Azərbaycan münaqişəsinə dair qətnamələrin, ATƏT-in və digər
beynəlxalq təşkilatların müvafiq qərarlarının həyata keçirilməsi indiyə kimi
təmin edilməmiş, Minsk qrupunun fəaliyyəti ona bəslənilən ümidləri
doğrultmamışdır. Həmsədrlər tərəfindən məsələyə konkret yanaşılmır, işğalçı öz
adı ilə çağrılmır və proseslərin gedişində “ikili standartlara” yol verilir.
Bunun nəticəsində Ermənistan işğalçıları və qondarma Dağlıq Qarabağ
separatçıları sərbəst surətdə öz çirkin işləri ilə məşğul olur, münaqişənin
həlli illərlə əsassız olaraq yubadılır. Azərbaycanın ərazi bütövlüyü və
suverenliyi, habelə bir milyondan çox qaçqın və məcburi köçkünlərinin pozulmuş
hüquqları təmin edilmir.