Müasir poeziyamızın
ayrı-ayrı nümayəndələri,müasir ədəbiyyatımızda məlum mövzuları 90-cı illər
poeziyasının başlıca mövzularına çevirdilər. Belə poeziya nümayəndələrindən biri
də Əflatun Saraclı
(Məmmədovdur).
Əflatun Saraclı
poeziyasından söhbət açarkən X.Rza Ulutürkün böyük poeziya haqqında fikirləri
yadıma düşür.
“Böyük poeziyanı mütləq
və mütləq böyük xarakter sahibləri yarada bilərlər. Bütün xarakterlər isə
birdən-birə göydən düşmür, insan fikrindəki saflığın, qüdrətin və haqqsevərlik
duyğusunun zaman keçdikcə cəmiyyətdə öz antipodları ilə toqquşması və təslim
edilməsi sayəsində başa gəlir”.
Bu fikri xatırlamağım
əsassız deyil.
Müasir dövrümüzdə yaranan
poeziya nümunələri və müraciət olunan mövzular belə demək mümkünsə böyük poeziya
nümunəsi kimi qiymətləndirilməyə əsas verir.
1988-ci il hadisələri
ədəbiyyatçılarımızı, alim və ziyalılarımızı sınağa çəkdi. Hər zaman kəsiyində
olduğu kimi ədəbiyyat bu sınaq illərində xalqının dərd –sərini,sevinc-kədərini
yazmalı idi. Çox təəssüflər olsun ki, bu sınaqdan hər şair, hər alim çıxa
bilmədi.Bu gün ədəbiyyat şünaslarımızın vəzifələrindən biri də Vətən mövzusunu
müasir ədəbiyyatımızın aparıcı mövzularına çevirən yazarları təhlil etmək,
yaranan ədəbiyyata münasibət bildirməkdir.
Bu baxımdan “Dünya həmən
dünyadı” şerlər kitabına daxil olunan poeziya nümunələri Ə.Saraclı poeziyasının
səviyyəsindən xəbər verir. Saraclı poeziyası oxunaqlıdı, şirindir. Bu təbilik
şairin vətənə,
el-obaya, torpağa sevgisindən, məhəbbətindəndir. Şairin torpağa
bağlılığı genişmənada işlənilir. Şair torpağlalarımızı itirəndən çox-çox əvvəl
torpaq itkisini hiss edir və poeziyaya gətirirdi. Azərbaycan övladlarını torpağa
dönməyə, onu əkib-becərməyə səsləyirdi. Bu çağırışda ağsaqqal sədaları var idi.
Bu şer nümunəsində şairin uzaqgörənliyi hiss edilirdi.
Bu torpaq nə yaman çat-çatdı,
bala!?
Onu kim
incitdi,
kim atdı bala!?
Tanrımız bizləri
onu becərmək,
Gömülüb yatmaq üçün yaratdı, bala!?
Bu nümunədə xalq hikməti var. Atalar
sözlərinə bənzərlik var. Bu misralarda Dədə Qorqud deyimi var.
Əflatun müəllimin
poeziyasında çoxlarını düşündürən “Vətən bizə nə verib”suallarına cavab
açıqlanır.
Əqli kamil varlıq hər zaman vətənə borclu olduğunu, onun üçün
qurub-yaratdığını dərk edir.
Şair vətən torpağının becərilməsini,
qayğısının
keşikçiləri olduğunu qeyd edərək sonda vətən torpağının əbədi yerimiz, yatağımız
olduğunu xatırladır.
Və o da hiss olunur ki, şair unutduğumuz bu həqiqəti yada
saldığı üçün qürurlanmır, əksinə təssüf hissi keçirir.
Çünki, bu xalq vətən
torpağının dəyərini onun müqəddəs olduğunu, onun pay verilə bilməyəcəyini
unutmamalıdır. Digər bənddə isə şair daha təsirli vasitələrdən istifadə edir.
Şair bunları ədəbiyyatımızda artıq dəb halını alan özünü isyankar göstərməklə
ifadə etmir.
O,
özünü reklam edərək oxucusuna göstərmir. Əsil ağsaqqal kimi Vətən
övladının əlindən tutub yaşantılarımızı ona göstərir, barsız, bərəkətsiz
ağacların faciəsini, səbəblərini açmağa,anlamayanlara anlatmağa
çalışır.
Bu
ağac nə yaman əyilib, bala,
Barı- bərəkəti yeyilib, bala,
Ya
çəkə bilməyib yiyə dərdini,
Ya
yiyəsiz qalıb,
döyülüb, bala!?
Əyilən, barı-bərəkəti yeyilən ağac
əslində ümumiləşdirilmiş obrazdır. Burada Azərbaycan xalqının son dövrlərdə
yaşadığı faciələr də əksini tapır. Bu ağacların əyilməsində, barsız olmasında
sahiblərin günahı çoxdur. Bu sahiblər, yiyələr isə bizik. Məhz bu şeir eləVətən
müdafiəsinə ən böyük çağırışdı.
Şairin fəlsəfi
düşüncəsini Nizami Saraclı özünəməxsus duyumla dəyərləndirir..
“Şairin dünyaya, həyata,
cəmiyyətə bir fəlsəfi baxışı var. Bu da ona imkan verir ki, poetik təfəkkürün
əsaslı söykənəcəyini, özülünü yaratsın, qanadlı fikirlərin havalandığı və
qonacağı yeri dürüst müəyyənləşdirsin. Bu konteksdən yanaşanda biz Əflatun
Saraclı yaradıcılığında bərqərar olmuş fundomental bir konsepsiya görürük. Bu
konsepsiya birbaşa yaşadığımız mühitin, zamanın və zəmanənin taleyüklü
məsələlərilə zəngin olduğundan, bizi müşkül problemlərin həllinə doğru
istiqamətləndirir”.
Əflatun müəllimin
yaradıcılığında Vətənpərvərlik marşları önəmli yer tutur. Onun qələmə aldığı
marşlarda Vətən vahidliyini təmin etmək üçün birliyə, mübarizəyə çağırış
motivləri əsas yer tutur. Onun “Marş” adlı şeri Türk əsgərini döyüşlərə
səsləyir, onda qalibiyyət əzmini gücləndirir.
Al əlinə tüfəngi,
Açılsın göyün rəngi,
Ucalsın “Misri”, “ Cəngi”,
"Şur”, mənim türk əsgərim.
Şair şerinin bu bəndində
Azərbaycanın qəhrəmanlıq nəğmələrini yada salmaqla döyüşçü və əsgərlərimizə
keçmişimizi xatırladaraq, onlarda mübarizə əzmini artırır, keçmişimizlə bu
günümüz arasında bir körpü yaradır. Onun marş tipli şerləri haqqında fikirlər
müxtəlifdir. S.Şərifova yazır.
"Ə. Saraclının poeziyasında Vətən uğrunda, onun
vahidliyi və istiqlaliyyəti uğrunda mübarizənin daimi aparılmasına dair
mülahizələr geniş əksini tapmışdır. Bu baxımdan, “Marş” adlı şer milli
mübarizənin zərurilliyini özündə əks etdirən, millətə ünvanlanmış müraciət kimi
qəbul oluna bilər. Şer marş formasında qələmə alınmış, döyüş və mübarizə əhval-
ruhiyəsini ifadə edir”.
Şairin “Ya Qarabağ, ya
ölüm” şerində də mübarizlik əzmi, döyüş ruhu güclüdür. Yalnız şairin ölkənin
ayağa qalxması üçün allaha müraciət etməsi təəssüf hissi doğurur. Bu bir
həqiqətdir ki, ölkənin ayağa qalxması üçün güclü ordunun olması ilə yanaşı,
şüurların formalaşması, vəzifə pərəstlərin azacıq vətəni, onun gələcəyini
düşünməsi lazımdır. Ancaq bəndlərin birinin son misrası şerin təsir gücünü
lazımı məqama çatdırır.
Bu
millət qol qoymaz şərəfsiz sülhə,
Bu
qədər alçalmaz vətənim, elim;
Ya
Allah, ayağa qalxsın qoy ölkə:
Ya
doğma Qarabağ, ya da ki, ölüm!....
Son anda şair bu millətin şərəfsiz
sülhə qoymayacağını xatırlatması yerinə düşür.
“Dünya həmən dünyadı”
kitabına daxil olan şerlər mövzü baxımından müxtəlifdir. Ancaq, torpaqlarımızın
alınması ilə bağlı mövzular Saraclı yaradıcılığının əsasını təşkil edir. Müəllif
narahatçılığını hər dəfə bir kəsə müraciətlə ifadə edir. Bu baxımdan “Ağla, qara
örpəkli qız, sən ağla!” başlıqlı şeri daha təsirlidir.
Öldürüblər xalqın cəsarətini,
Ruhunu, hissini, dəyanətini;
Qoruya bilmədik ləyaqətini,
Ağla, qara örpəkli qız, sən ağla!
Şairin “qoruya bilmədik
ləyaqətini” ifadəsi bir çox məqamları açıqlayır. Bu məqamlardan biri də Əflatun
müəllimin çox cəsarətlə söylədiyi “Öldürüblər xalqın cəsarətini, ruhunu hissini,
dəyanətinin”
ifadəsidir. Sonrakı bəntdə şairin həyacanı, üsyanı son həddə çatır.
Yenik adla yaşamaqdan bezmişik,
Yüz ildir ki, döz deyiblər-dözmüşük;
Şəhidləri yan-yanaşı düzmüşük,
Ağla, qara örpəkli qız, sən ağla!
Əflatun Saraclının “Dünya həmən
dünyadı” kitabı başdan-başa dərdlərimizin, problemlərimizin, faciələrimizin
yaşantısıdır.
Nizami Saraclı demişkən “Dünya həmən dünyadı” kitabı dünyanın özü
kimi gecəli-gündüzlü, axşamlı-səhərli, aylı-ulduzlu, dağlı-düzlü olmaqla
rəngarəngdir, cəlbedici və düşündürücüdür. Və şair bu dünyanın övladı olaraq ona
qayğılanır, dərdinə-kədərinə yanır, Vətən övladlarını onu qorumağa səsləyir.
Yurdumuz olsun azad,
Göz dikməsin bizə yad;
Öz
əlinlə bir həyat
Qur, mənim türk əsgərim!