1940-cı ildə Azərbaycanda
əhalinin sayı 3304,1 min
nəfər, o cümlədən bundan
151 min nəfəri DQMV-nin
əhalisi idi. Müharibəyə
səfərbər edilməsi ilə bağlı əhalinin sayı 1945-ci
ildə 17,65 faiz azalmışdı.
Müharibə dövründə Dağlıq Qarabağda fəhlə və
qulluqçuların bacarıqlı və işlək hissəsinin ön cəbhəyə səfərbər edilməsi ilə
əlaqədar onların sayı 15
faiz aşağı düşmüşdü.
Faşizm üzərində qələbədən sonra Respublikamızda xalq təsərrüfatı bərpa olunmağa
başlandı. SSRİ Dövlət
Müdafiə Komitəsinin 26
may 1945-ci il
«Silah istehsalının azaldılması ilə əlaqədar olaraq
sənayeni yenidən qurmaq sahəsində tədbirlər haqqında»kı
qərarından sonra Azərbaycanda sənayenin bərpası və inkişafı üçün mühüm tədbirlər
görüldü. Belə ki,
müharibə qurtardıqdan sonra müəssisələrdə
8 saatlıq iş günü və illik məzuniyyətlər bərpa
edildi.
Həmçinin
1945-ci il dekabrın 1-dən
başlayaraq müharibə illərində istifadə edilməmiş məzuniyyətlərə görə pul
kompensasiyasının ödənilməsinə başlandı.
Sənaye və kənd təsərrüfatını müharibədən əvvəlki səviyyəyə
çatdırmaq məqsədilə Azərbaycan SSR Ali Sovetinin 1946-cı
il martın 18-dək
keçirilmiş birinci sessiyasında 1946-1950-ci
illəri əhatə edən dördüncü beşillik plan qəbul edildi.
1945-ci illər sonlarında
Azərbaycan XKS qərarı əsasında xalq təsərrüfatının inkişaf etdirmək məqsədilə
DQMV-nin ümumi büdcəsi
41 milyon 294
min manat məbləğində təsdiq edilmişdir ki,
bu da 1944-cü
illə müqayisədə 12,2 faiz
çox idi.
DQMV-də
dördüncü beşillik planda sənayenin bərpa və inkişaf üçün aşağıdakı tapşırıqların
yerinə yetirilməsi planlaşdırılmışdı. 1950-ci
ildə DQMV-nin sənayesi:
600 min kərpic, 800
min tikinti daşı, 1300
ton əhəng, 1
milyon 200
min ədəd kirəmid, 300
min kubmetr taxta, 18500
kubmetr odun, 28
min metr pambıq parça, 548
min metr ipək parça, 3,1
min kvadrat metr xalça,
60 min cüt ayaqqabı, 200
min cüt corab, 48
min ədəd trikotaj üst paltarı,
80 min ədəd
trikotaj alt paltarı, 51
min ton yağ, 100
ton qənnadı malı, 110
dekaletr üzüm şərabı, 20
ton metal qab-qacaq
və 1600 ədəd araba
verməli idi. Planda
həmçinin, mövcud mexaniki
emalatxana əsasında mexaniki zavod tikilməsi nəzərdə tutulmuşdu.
Dağlıq Qarabağda tikiləcək həmin zavodun
3 sexi –
mexaniki,
tökmə və avtomabil təmiri sexləri
– 1950-ci ilin sonunda başa çatdırılmalı və sonrakı
beşilliklərdə yeni sexlər yaradılmalı idi.
Bünövrəsi 1945-ci
ilin ortalarından qoyulan Xankəndi ağac emalı fabriki qısa bir müddətdə başa
çatdırılmalı idi.
Həmçinin sonralar DQMV-nin
mərkəzinə çevrilmiş Xankəndi şəhərində yeni əhəng zavodu,
kirəmid kərpic zavodu,
faner sexi, «Qarabağ
Çaxır Tresti» üçün şərab
anbarı və yeni mətbəə binası tikmək planlaşdırılmışdır.
DQMV-nin
sənaye işçiləri qarşıya qoyulan vəzifələrin müvəffəqiyyətlə həyata keçirilməsi
üçün bütün güclərini səfərbər etməyə başladılar.
Vilayətdəki rezin sənayesi,
yağ pendir sənayesi,
tikinti ləvazimatı,
meşə emalı,
toxuculuq,
tikiş,
gön-dəri,
yeyinti və başqa sənaye müəssisələri
1946-cı ildə Bakıdan gətirilmiş avadanlıqlar
hesabına yenidən qurularaq təmir olundu.
Artıq 1947-ci
ildə DQMV-də sənayenin
ayrı-ayrı sahələrində
xeyli irəliləmələr diqqəti cəlb edirdi.
Bu isə öz növbəsində Azərbaycan hökümətinin
bölgəyə olan xüsusi diqqətindən irəli gəlirdi.
Dağlıq Qarabağda inkişaf etmiş sənaye sahələrindən biri
ipək emalı sənayesi idi.
Qarabağ ipək emalı sənayesi 1947-ci
ildə planı 121,3 faiz
yerinə yetirmişlər. 1950-ci
ildə isə Dağlıq Qarabağ ipəkçiləri mərkəzə məlumat verib planı artıqlaması ilə
və vaxtından əvvəl yerinə yetirməsi haqda məlumat vermişdilər.
Əgər 1940-cı
ildə Qarabağ ipək kombinatı dövlətə 98
ton xam ipək vermişdilərsə 1950-ci
ildə bu rəqəm 120 tona
çatmışdır. Həmçinin
müvafiq illərdə ipək parça istehsalı 120
min kvadrat metrdən 163
min kvadrat metrədək artmışdır.
DQMV-nin
sənayesi əsasən kənd təsərrüfatı xammalı emal edir.
Vilayətin sənaye məhsulunun yarıdan çoxunu yeyinti
sənayesi, əsasən
şərabçılıq verir. 1946-1950-ci
illərdə dövlətimizin bölgəyə ayırdığı vəsait hesabına vilayətdə şərab-spirt
sənayesi də sürətlə inkişaf edib genişlənirdi.
Burada fəaliyyət göstərən konyak spirt zavodu,
şərab və konyak zavodları,
spirtsiz içkilər zavodu,
likor zavodu və başqa zavodlar
1946-cı ildə yenidən qurularaq başa çatdırılmışdır.
Həmin zavodlar əsasında yaradılmış
«karvintrest»
müəssisələrinin gücü ildən-ilə
artırılmışdır.
«Karvintrest»in
buraxdığı məhsulların tam olmayan siyahısı –
adi şərab,
şirin şərab,
konyak,
spirt-rektifikat,
tut spirti,
üzüm spirti,
texniki spirt,
bəhməz,
meyvə suları,
turşaşirin içkilər,
qazlı su və sair bu kimi məhsullar DQMV-də
spirt sənayesinin nə qədər güclü inkişaf etdiyini göstərir.
DQMV-də
1946-1950-ci illərdə spirt-şərab
sənayesinin inkişafını aşağıdakı rəqəmlərdən də görmək olar.
Belə ki, 1940-cı
ildə vilayətdə 40 min dkl.
şərab istehsal
edilmişdirsə, 1950-ci
ildə şərab istehsalı 4
dəfədən çox artaraq 165
dkl. olmuşdur.
Həmçinin müvafiq illərdə konyak istehsalı
1000 dkl-dən
artıb 6000 dkl-ə
çatmışdır.
1946-1950-ci illərdə DQMV-də
tikinti ləvazimatı sənayesi də genişlənirdi.
Kərpic,
kirəmit,
əhəng və mexaniki təmir zavodlarının məhsullarından təkcə
vilayətin ərazisində deyil qonşu rayonlarda da istifadə olunurdu.
Bəhs edilən dövrdə DQMV-də
iki böyük müəssisə yaradıldı.
Bunlardan biri ağac emalı fabriki idi ki,
həmin fabrik vilayət əhalisinin mebelə olan
ehtiyacını tam ödəyirdi.
Əgər 1940-cı ildə DQMV-də
26 min manatlıq mebel istehsal edilmişdirsə,
1950-ci ildə bu göstərici
173 min manata çatmışdır.
Eyni zamanda taxta zavodunun da işə düşməsi
tikintinin inkişafına təkan verdi.
Bölgədə taxta şalban istehsalı
1940-cı ildə 1,3
min kubmetrdən, 1950-ci
ildə 2 min kubmetrədək
yüksəlmişdi.
DQMV-də
yerli sənayenin daha böyük sürətlə inkişafı üçün hər cür şərait mövcud idi.
Bu,
ilk növbədə Azərbaycan hökümətinin bölgəni yeni texnika və
ixtisaslı kadrlarla təmin etməsi,
ayrılan vəsaitin miqdlarının ildən-ilə
artırılması ilə bağlı idisə,
digər tərəfdən bölgədə bir sıra mədən yataqlarının
tapılması ilə əlaqədar idi. 1946-1950-ci
illər ərzində DQMV-də çox
böyük miqdarda mərmər,
sement, İslandiya şpatı,
litoqrafiya daşları,
gil,
təbaşir və sair yataqlar aşkar edilmiş və yerli sənayenin
inkişafına təkan vermişdir.
Dağlıq Qarabağ sənət kooperasiyası
100 çeşiddə məhsul buraxırdı.
Yerli meşə materiallarından,
cır meyvələrdən və sair istifadə əsasında külli
miqdarda çoxişlənən mallar istehsal olunurdu.
Təsadüfi deyildir ki,
DQMV-nin
sənət kooperasiyası ittifaqının müəssisələri araba və kirəmid istehsalı cəhətdən
1950-ci ilin göstəricilərinə görə Azərbaycanda
birinci yeri tutmuşdur.
1946-1950-ci illər ərzində DQMV-də
yeni artellər, tikinti
materialları, saxsı qab,
trikotaj mallar,
corab,
ayaqqabı,
mebel,
şirniyyat və sair istehsal edən emalatxanalar açılmışdır.
Bəhs edilən dövr ərzində vilayətdə sənət və əlillər
kooperasiyasının buraxdığı məhsullar 8,5
dəfə,
fəhlələrin sayı isə 25
dəfə artmışdır.
Burda fəaliyyət göstərən mexaniki zavod isə ildən ilə
böyüyərək vilayətin kolxoz və müəssisələrinin ehtiyaclarını ödəyirdi.
Digər sənaye sahələrindən olan xalça toxunması,
yağ-pendir
sənayesi, asfalt-beton
istehsalı və çörək zavodunun da işində böyük irəliləyişlər diqqəti cəlb edirdi.
Təkcə pendir istehsalındakı artım
1940-ci ildəki 61
tona qarşı 1950-ci
ildə 113 tona çatmışdır.
1950-ci ildə
1940-cı illə müqayisədə DQMV-də
sənayenin necə inkişaf etdiyini aşağıdakı cədvəldən də aydın görmək olar:
Cədvəl № 2
|
Sıra №-si |
Məhsulun növləri |
Ölçü vahidi |
1940 |
1950 |
|
1 |
İpək parça |
min m2 |
120 |
163 |
|
2 |
Xam ipək |
ton |
98 |
120 |
|
3 |
Pendir və brınza |
ton |
61 |
113 |
|
4 |
Şərab |
min dkltr. |
40 |
165 |
|
5 |
Konyak |
min dkltr. |
1 |
6 |
|
6 |
Taxta-şalban |
min m3 |
1,3 |
2,0 |
|
7 |
Mebel |
min manat |
26 |
173 |
|
8 |
Ağac materialları |
m3 |
1,3 |
2,0 |
|
9 |
Əhəng |
ton |
1222 |
1313 |
|
10 |
Kərpic |
min ədəd |
172 |
729 |
|
11 |
Kirəmid |
min kub metr |
43 |
49,5 |
|
12 |
Yonulmuş daş |
min kub metr |
46,8 |
42,7 |
|
13 |
Elektrik enerjisi |
min kub metr |
1514 |
4669 |
Beləliklə bəhs edilən illərdə Azərbaycan hökümətinin DQMV-nə
yaxından qayğısı nəticəsində sənayenin bütün sahələri inkişaf edir və qarşıya
qoyulan vəzifələr vaxtında və artıqlaması ilə yerinə yetirilirdi.
Nəticədə 1940-cı ilə nisbətən
1950-ci ildə DQMV-də sənaye
məhsulu istehsalı 74 faiz artmışdır ki,
bu da ümumi Azərbaycan üzrə olan orta göstəricidən
69 faiz, Naxçıvan Muxtar
Respublikasının orta göstəricilərindən 30 faiz çox
demək idi. Lakin aparılan tədqiqatlar nəticəsində
məlum olur ki, vilayət rəhbərliyi yeni sənaye
sahələrinin yaradılmasında ikili mövqe tutmuşdular. Təəssüflə qeyd etmək lazımdır ki,
uzun illər
Qarabağımızın, sonralar isə DQMV-nin
mərkəzi olmuş Şuşada 1946-1950-ci illər ərzində bir
dənə də olsun müəssisə açılmamışdır. Xankəndində,
Hadrudda, Xocavənddə,
Ağdərədə, Əskəranda açılan
yeni sənaye sahələri isə ermənilərin daha çox məskunlaşdıqları ərazilərdə
yaradılmışdır.