Erməni
müəllifi Moisey Xorenli məlumat verir ki,
«…irsi
olaraq bütün Alban düzənliyi onun dağlıq hissəsi ilə birlikdə,
Araks
(Araz
-
müəllif)
çayından başlayaraq Hunarakert adlanan qalayadək
(Ağstafa
zonası-
müəllif)
girdmanlar,
savdeylər və Qarqar knyazlığının ərazisi idi»
(Moisey
Xorenski,
göstərilən əsəri,
II,
8).
Bu
məlumatı alban tarixçisi M.Kalankatlı
da təsdiq edir
(M.Kalankaytuklu.
Göstərilən əsəri,
f.
I,
4).
Aydındır ki,
«…parfiyalı
Valarşak
(yəqin
ki,
I
Vologez
(51/52-79/80)
cəsur Aranı
ölkənin hakimi təyin etmişdi
(b.s.
Albaniyaya)»
deyilərkən söhbət e.ə.
I əsr
hadisələrindən gedir.
Maraqlıdır ki,
albanların
«daim
yalançılıq edən adamlar»
olması
məlumatını da Moisey Xorenli vermişdir
(III,
3).
Eyni zamanda
«Biz
(yəni
haylar)
kiçik,
azsaylı,
zəif
və çox hallarda özgələrin hakimiyyəti altında yaşayan xalqıq»
etirafı da erməni tarixinin atası Moisey Xorenliyə məxsusdur
(İstorii
armeniə Moisey Xorenskoqo,
M.,
1893,
s.4).
Utilər,
sovdeylər və qarqarlar Qarabağda yerləşən ən böyük Alban tayfaları idilər.
Göründüyü kimi,
bütünlüklə Kürün sağsahil boyu,
Araz
çayından Axstafaya qədər alban tayfaları yayılmışdı.
Qaynaqlar
Qarabağ bölgəsinin tayfalarının alban mənşəli olması və bu ərazinin Albaniya
dövlətinə məxsus olmasını göstərir.
Tədqiqatlar Alban tayfa birliyinin tərkibində xüsusi yer tutan avtoxton türk
tayfalarının burada maddi və mənəvi mədəniyyətin yaranması və inkişafında mühüm
rol oynadığını təsdiq edir.
Demək
lazımdır ki,
Qarabağ torpaqları heç cür Ermənistanın
«əzəli»
torpağı,
tarixi
ərazisi ola bilməzdi.
Bu
mifologiya orta əsr erməni müəlliflərinin uydurmasıdır və indiyə qədər erməni
tarixşünaslığına daxil edilmişdir.
Bu
ermənilərin öz tədqiqatlarından da məlumdur:
1)
Ermənilərin vətəni Balkanlar,
tarixi
Frakiya vilayətidir;
2)
onların əcdadları Kiçik Asiyada kimmerlərlə meydana çıxmışdır;
3)
ilk erməni dövləti Kiçik Asiyada yaranmışdır;
4)
Qafqaza ermənilər XIX əsrdə gəlmişlər
(Вердиева Х.Ю.,
Гусейнзаде Р.А.
«Родословная»
армян и их миграция на Кавказ с Балкан.
Баку,
2003).
«Qafqaz
Ermənistanı»
anlayışı XX əsrdə meydana çıxmışdır ki,
bu da
Azərbaycan xanlıqları
-
Naxçıvan və İrəvanın torpaqlarında qurulan erməni dövləti idi
(Капанцян Г.А.
Хаяса
- колыбель армян.
Ереван, 1947; Обегян
М. История древнеармянской литературы. Ереван, 1975; Парсамян В.А. История
армянского народа. Ереван, 1972; История Армянская народа. Ереван, 1980).
Buna görə də
Qarabağın e.ə.
IV-I
əsrlərdə «Ermənistanın»
tərkibinə daxil
olmasına hər hansı bir əsas yoxdur.
Əgər bu belə olsa idi,
onda Midiya
satrapı
Atropat Kür və Tərtər
çayları
arasında
yerləşən
sakasenlərə
başçılıq etmək
imkanına malik
olmazdı.
Bununla
bərabər,
yaxşı
məlumdur ki,
Qavqamela
döyüşündə (b.e.ə.
IV əsrin
sonları)
midiyalılar,
Atropatın
başçılıq etdiyi
kadusilər,
albanlar və
sakasenlər ilə
«birləşmişdilər»
(Алиев И.Г. Очерк истории Атропатены. Баку, 1989, с.53).
Həmin
dövrdə
nəinki
erməni
«mərkəzləşmiş
quldarlıq
dövləti»,
ümumiyyətlə
«Böyük
Ermənistan»
olmamışdır.
Yuxarıda qeyd
edildiyi kimi,
həmin
uydurma öz-özülüyündə
mifologiya
təsəvvürü
yaradır,
xüsusilə o dövrdə ki,
ümumiyyətlə heç bir erməni
dövləti mövcud
olmamışdır.
Bu IV
əsrlərdən sonra belə
olmuşdur:
- birinci dəfə erməni
dövlətçiliyi Kiçik
Asiyada 387-ci ildə ləğv
edilmiş və
bölüşdürülməsi baş
vermişdir.
Ermənistan
torpaqları Bizans və
Sasanilər
arasında
bölüşdürülmüşdür;
- ikinci dəfə erməni
dövlətçiliyi Kiçik
Asiyada 591-ci ildə ləğv
edilmiş və
ərazisi
bölüşdürülmüşdür ki,
onda
Armeniya
torpaqları Sasani
imperiyasının
tərkibinə daxil
edilmişdir;
- üçüncü dəfə erməni
dövləti XI əsrin
birinci
yarısında ləğv
edilmişdir (Юзбашян
К.Н. Армянские государства эпохи Багратидов и Византия ЫХ-ХЫ веков. Москва,
1988, с. 5; Саркисян Г.Х., Худавердиян
К.С., Юзбашян К.Н. Потомки Хайка. Ереван, 1998, с.46,78-79, 90-93).
Beləliklə,
1400
ildən çox
müddətdə erməni
dövləti mövcud
olmamışdır.
Erməni
dövləti 1918-ci ildə,
heç vaxt mövcud
olmadığı bir yerdə
-
keçmiş
Azərbaycan
xanlıqları olan
Naxçıvan və İrəvan
torpaqlarında
yaradılmışdır.
Albaniyaya
gəldikdə isə,
onun
vəziyəti I-IV
əsrlərdə erməni
dövlətinin
vəziyyətindən
müqayisə
edilməyəcək
dərəcədə yaxşı
olmuşdur.
Gah
romalıların,
gah da
parfiyalıların təsiri
altında olan
ermənilərdən (haylardan)
fərqli olaraq
albanların Qafqaz
Albaniyası kimi
müstəqil
dövləti
olmuşdur.
Bunu
Qarabağda
arxeoloji
qazıntılar zamanı aşkar
edilmiş alban
sikkələri də təsdiq edir
(Raxomov
E.A.Başni-movzeleyi v Barde ideoloji ix nadpisi. Baku, trudu Az.FAN.SSR t. XXB,
1936 q. s. 81-96; A.M.Radjabli. Numizmatika Azerbaydjana. Baku, 1997, ql. 1)
Romalılara
Albaniyanı əyalət kimi Roma imperiyasının tərkibinə daxil etmək müəssər
olmamışdır (Trever K.V. Oçerki po istorii i kulture Kavkazskoy Albanii. M.-L.,
1959, s. 121). II əsrin əvvəllərində bütün Qafqaz Romadan asılı olanda, təkcə
Albaniya müstəqil qalmışdır (Trever K.V. Göstərilən əsəri, s.129). Albaniya III əsrin ikinci
yarısında xeyli
müstəqil idi ki,
albanlar Sasani şahı I
Şapurdan «məktubu qəbul etməyi»
özünə
sığışdırmamışdı (Trever K.V.
Göstərilən əsəri,
s.134).
Beləliklə,
antik dövrdə
Qarabağ
ərazisi
müstəqil
Albaniya
dövlətinin Uti-Alban etnik və siyasi
hissəsi olaraq
qalmışdı.
Azərbaycanın
Qarabağ
bölgəsi və onun tərkib
hissəsi olan Dağlıq
Qarabağ -
Arsak siyasi
cəhətdən I-IV
əsrlərdə türk
mənşəli alban
arşakilərinin
hakimiyyəti
altında
olmuşdur.
Antik
yazıçıların
məlumatına və
arxeoloci
materiallara əsasən demək olar ki,
Qafqaz
Albaniyasının,
başlıca olaraq onun tərkib
hissəsi -
Qarabağın
iqtisadi və mədəni tarixi
başlıca olaraq öz əksini antik
yazıçıların
əsərlərində və
arxeoloci
materiallarda
tapmışdır.
Strabonun
«Coğrafiya»sı,
Böyük
Plininin «Təbiətin tarixi»,
Pomponiya Melin
«Yerin
təsviri»,
Plutarxın
«Paralel canlı təsvir»,
Korneliya
Tatsitin «Annallar»,
Ptolemeyin «Coğrafiya
dərsliyi»,
Dion
Kassinin «Roma tarixi»,
Klavdi
Elianın «Canlılar
haqqında»,
Appianın,
Kurtsi Rufun,
Arrian
Flavinin və Yuli
Solinin
əsərlərindən
Albaniyanın tarixi
coğrafiyası,
əhalisi,
təsərrüfatı və
ticarəti,
ictimai
quruluş və
mədəniyyəti barədə
məlumat almaq
mümkündür.
Qarabağ
tarixinin
antik
dövrünə
aid
mühüm
qaynaqlar
uzun
illər
boyu
Qarabağ
ərazisində
qazıntılar
aparmış
Azərbaycan
arxeoloqlarının
əsərləridir.
Bunlara
əsasən
yerli
əhalinin
maddi
və
mənəvi
mədəniyyət
abidələrini,
sənətkarlıq
və
ticarətini,
ticarət
yolları
və
mallarını,
şəhər
və
kənd
həyatını,
təsərrüfat
və
məşğulliyyətin
formalarını
aşkar
etmək
və
öyrənmək
müəssər
olmuşdur.
Qarabağda oturaq əkinçi əhali ilə
bərabər
Albaniyada köçəri əhali də
yaşayırdı.
Bizim eradan əvvəl onlar Kür və Araz
hövzəsini
tutmuşdular.
Antik
müəlliflər onları saklar,
massagetlər,
hunlar
adlandırırdılar (Алиев
К.Г. Античная Кавказская Албания, Баку, 1992;
Кавказ и средняя Азия в древности и средневековье, М., 1981; Qumilyov L.İ. Qədim
türklər, Bakı, 1993).
Qarabağda
çoxsahəli
sənətkarlıq
geniş
inkişaf
etmişdir.
Arxeoloji
qazıntılar
zamanı
burada
çoxlu
miqdarda
sənət
alətləri
və
məişət
əşyaları
aşkar
edilmişdir.
Arxeoloji
qazıntılar
zamanı
Qarabağın
müxtəlif
yerlərindən
torpaq,
küp,
katakomba
və
digər
qəbirlərdən
gil
qablar,
həmçinin
metal
məmulatlar
tapılmışdır.
Bunların
tədqiqi
göstərir
ki,
qədim
Qarabağda
dəmirdən
və
tuncdan,
habelə
qızıl
və
gümüşdən
müxtəlif
növ
məmulat
istehsal
edilmişdir.
Metalın
emalı
zamanı
isti
və
soyuq
döymə,
kəsmə
və
qəlibdə
tökmədən
istifadə
olunmuşur.
Qarabağda
həmçinin
şüşəçilik,
daşişləmə
və
toxuculuq
sənəti
də
inkişaf
etmişdir.
Qədim
Qarabağda iri və kiçik
şəhərlər və
kəndlər var idi.
Ptolemey Kür
ərazisində 29
şəhər və
yaşayış
məskənini qeyd
etmişdir (K.Ptolemey.
Göstərilən əsəri,
s.
816).
Onlar bir-biri ilə
magistrallar,
kəndarası
yollarla
əlaqələnirdi.
Antik
yazıçılar
Albaniya və
İberiyadan keçən və onları bütün dünya
ölkələri ilə
əlaqələndirən yollar barədə
məlumat verir.
Qeyd olunur ki,
Mark
Antoninin
sərkərdələri -
Qney Pompey və Kanidi bu yolla yürüş
etmişlər.
Qədim coğraf
İberiya və
Albaniyadan keçən
yolları və
Albaniyanın tarixi
vilayəti
Kambisenanı və Alazan çayını
xatırladır.
Strabon xəbər verir ki,
Xəzərin şimal
sahillərini idarə edən
aorslarla
Hindistan və
Babilistan
malları ilə
ticarət
edirlər (Strabon.
Qeoqrafiə v 17 kniqax. Perevod Q.A.Stratonovskoqo, L., Nauka, 1964.).
Quru ticarət
yollarından başqa mənbələrdə dəniz və çay yollarından da bəhs edilir. Məlumdur
ki, eradan əvvəl I əsrdə Roma öz imkanlarını şərqə doğru genişləndirmişdi.
Roma dünyası ilə qədim Albaniya arasındakı əlaqəni Şəkinin Böyük Dəhnə kəndindən
aşkar edilmiş yunan yazısı təsdiq edir: Eliy Yason onu öz hamisi Evnona həsr
etmişdir. Adına əsasən izlənmədən görünür ki, yunan - Eli Yason Albaniyaya
ticarət məqsədilə gəlmişdir. Görünür Lukul və Pompeyin vaxtında romalı iri
tacirlərin Şərqə marağı ilə əlaqədar olaraq ticarət yolu başlanmış və davam
etmişdir.
Ticarət
haqqında arxeoloci qazıntı materialları geniş məlumat almağa imkan verir. Belə
ki, arxeoloci qazıntılar zamanı aşkar edilmiş çoxlu miqdarda şüşə məmulatı,
kifayət qədər sikkə və gemmalar, eləcə də sarı balıqqulaqları, müxtəlif növ
sırğa (asma) və muncuqlar, anforlar, bürünc çıraqlar və gümüş qablar
gətirilmədir. Bu əşyaların çoxu Qarabağdan aşkar edilmişdir ki, bu da mədəni
areal ilə bağlı, yaxud yunan-roma dünyası, yaxud şərq ölkələri və qədim Qafqaz
Albaniyasının Qərb ölkələri ilə, eləcə də Şərq, o cümlədən Parfiya ilə mal
mübadiləsini göstərir (M.A.Seyfəddini, R.Z.Əliyeva. Parfiya dövləti. (Parfiya
dövlətində pul sistemi və sikkə zərbi). Bakı, 2004).
Yaxın və uzaq
ölkələrlə ticarət əlaqələri başlıca olaraq Albaniyanın da daxil olduğu həmin
dövrün nəhəng ticarət mərkəzləri sferasında Parfiya dövləti və Atropatena
magistralları ilə həyata keçirilirdi.
Əsrlər boyu
«böyük Ermənistan» barədə yazan müəlliflər Favstos Buzand, Moises Xorenli kimi
orta əsr erməni tarixçilərinin əsərlərinə əsaslanırlar. Bu zaman onlar son
dərəcə vacib bir cəhəti unudurlar: Favstos Buzandın, yaxud Movses Xorenlinin
yaratdığı görünüş - «onların əsas ideyaları – yalnız zərdüşt İranının
təhlükəsinə qarşı Ermənistanı birləşdirməkdir» fikri real həqiqətləri əks
etdirmir (Алиев И.Г. Нагорный Карабах: история, факты события, Баку, 1989, с.
49). Tamamilə şübhəsizdir ki, bu şəkil «həqiqəti təhrif edir», məsələn
Ermənistan IV əsrdə N.Q.Qarsoyanın qeyd etdiyi kimi «nə bütöv olmamış, nə də
birləşdirilməmişdir» (Yenə orada).
Orta əsr
erməni müəlliflərinin uydurmalarına əsaslanan «böyük Ermənistan» mifologiyası
Aralıq-Qara-Xəzər dənizləri arasındakı üçbucaqdakı torpaqlarda erməninkindən
başqa hər hansı dövləti tamamilə inkar edir.
Ancaq bu
zaman ermənilərin bu ərazilərdə alloxtonluğu kimi belə xırdalıqları «unudulur»,
hansı ki, onların əcdadları bir vaxtlar uzaq Balkanlardakı Frakiyadan gəlmişlər.