Kosovo Modeli Milli münaqişələrin həllində model ola bilərmi?
Kosovo Modeli Milli münaqişələrin həllində model ola
bilərmi?
Qabil
Hüseynli
Dünya indi də Kosovo sindromu ilə çalxalanmaqdadır. Söhbət əvvəllər Yuqoslaviya
Federasiyasında muxtar statusa malik olan, sonradan isə serblərlə albanların
qanlı toqquşma meydanına çevrilən bu inzibati ərazi indi BMT – nin xüsusi
himayəsindədir, yəni onun mandatı altındadır. Yuqoslaviya federasiyası
dağılarkən bu prosesdə ən ciddi təziqlərə məruz qalan etnik azlıqlardan biri də
albanlar oldu. Onlar hətta serblər tərəfindən soyqrıma məruz qaldıqlarını iddia
edirlər. Ədalət naminə deməliyik ki əgər BMT və qərb ölkələri işə
qarışmasaydılar bu ərazilərdə etnik albanların vəziyyəti doğurdan da faciəvi
olacaqdı. Qərb ölkələri nəinki
albanların soyqrımının qarşısını aldı, habelə onların serblərdən inzibati
asılılığını bütünlüklə aradan qaldırdı. İndi neçə illərdir ki, Kosova de – fakto
müstəqilliyinə qovuşub. Ölkə ərazisindən, təkcə Dubrovitsa şəhərinin bir hissəsi
istisna olmaqla bütün serblər qovulub çıxarılıb. Üstəlik BMT Kosovaya de-yure
müstəqillik verməyə hazırlaşır.
Doğrudur BMT bu müstəqilliyi “Nizamlanan”,
“tənzim edilən” müstəqillik adlandırır. Yəni bu müstərqilliyin müəyyən həddə
salınacağı və nəzarət altında saxlanılacağı bəyan edilir. Amma bunların Serbiya
ilə münasibətlərə demək olar ki dəxli yoxdur. Yəni BMT – nin Kosovaya dair planı
reallaşsa Serbiya bu ərazidən birdəfəlik əlini üzməli olacaq. Bu isə “Soyuq
müharibə” dövrünün başa çatmasından sonra başlanan münaqişəli bölgələrdə
vəziyyətin nizama salınması ilə bağlı indiyə qədər misli görünməmiş həll modeli
olacaq.
Bu
kifayət qədər təhlükəli presedent ola bilər. Çünki dünyanın bir çox nöqtələrində,
o cümlədən də potsovet məkanında münaqişəli ocaqların həlli variantlarına qeyd
etdiyimiz presedent ciddi surətdə təsir edə bilər. Bu məsələdə bizim üçün Dağlıq
Qarabağın taleyi xüsusi önəm kəsb edir. Çünki Rusiya Kosovonın tərəfində olan
ölkələri indidən hədələməyə başlayıb. Bu dövlətin fikrincə Kosovaya dair BMT
planı gerçəklənərsə onda eyni modeli potsovet məkanındakı Dağlıq Qarabağ,
Dnestryanı bölgə, Abxaziya, Cənubi Osetiya kimi bölgələr üçün də tətbiq etmək
zərurəti meydana çıxacaq.
Onsuz da
Rusiyanın Dağlıq Qarabağla bağlı mövqeyi çoxdan bizdə ciddi əndişələr
doğurmaqdadır. Faktik olaraq bu problemi yaradan, Azərbaycan torpaqlarının
işğalında iştirak edən, sonradan bu prosesləri donduraraq bölgə dövlətlərinə
təzyiq mexanizminə çevirən Rusiyadan onsuz da yaxşı bir şey gözdəmək mümkün
deyil. Məhz Rusiyanın Minsk Qrupundakı həmsədri Merzlyakov iddia edir ki, Dağlıq
Qarabağ digər münaqişələrdən təmamilə fərqləndiyindən ona əlahiddə yanaşma
metodu lazımdır. Bu fərqliliyin nədən ibarət olduğunu heç kəs söyləyə bilməz,
amma bir fakt da aydındır ki, Rusiyalı həmsədr diplomatik bir formada Dağlıq
Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququna eyham vurur. Elə
Fransalı həmsədr də ondan geri qalmır.
Elə Amerikalı həmsədr Meti Brayza da son dərəcə qəribə fikirlər söyləyir.
Məsələn, o
öz müqəddəratını təyin etmək hüququ ilə ərazi bütövlüyü məsələsini sintezləşdirə
biləcək bir formulaya malik olduğunu iddia edir. Əslində elə bunun özü də öz
müqəddəratının təyin etmək hüququnun ərazi bütövlüyü məsələsindən üstün
tutulmasını incə bir formada işə salmaqdan başqa bir şey deyil. Göründüyü kimi,
Mnsk Qrupunun problemin həllinə dair bütün variantlar konstruktivlikdən kifayət
qədər uzaqdır. ABŞ Dövlət Departamentinin İnsan Hüquqlarına dair son
hesabatından sonra vəziyyət daha da drammatikləşə bilər. Söhbət Dağlıq Qarabağ
probleminin həllinə çoxdandır ki əlahiddə yanaşma metodunu tələb edən Minsk
Qrupu Həmsədirlərinin əlinə Kosovo modelindən əlavə yeni dəstəvuzların
verilməsindən gedir. Bu məsələdə Rusiyanın və Fransanın oynadıqları şübhəli rol
ciddi qayğılar yaratmaya bilməz.
Məsələ burasındadır ki Rusiya himə bəndimiş
kimi Kosovo modelinin Dağlıq Qarabağda tətbiq ediləcəyi barədə açıqca ehamlar
vurur. Bu günlərdə Yerevanda olan Rusiyanın Xarici İşlər Naziri Lavrov (ana
tərəfindən ermənilərlə qohumluğu var) Dağlıq Qarabağ məsələsinin həlli üçün çox
yaxşı şansların yarandığından dəm vurmuşdur. Onun nəyi nəzəridə tutduğunu
anlamaq çətin olsa da, ermənilərin də onunla həmrəy olması faktı bununla bağlı
ciddi şübhələrin meydana çıxmasına səbəb olmaya bilməz.
Çünki Qarabağ
probleminin həlli ilə bağlı ATƏT – in Minsk Qrupunun təkliflərinin əsas
məqamları demək olar ki, çoxlarına bəllidir. Burada narahatlıq doğuran əsas
məqamlar referendum ideyası və sülhməramlı qüvvələrin bölgəyə gətirilməsi
məsələsidir. Çünki bu müddiaların reallaşacağı təqdirdə, münaqişənin həllinin
beynəlxalq hüquq normaları çərçivəsindən kənara çıxacağı və Azərbaycanın ərazi
bütövlüyü məsələsi şübhə altına düşəcəyi məsələsi şəksizdir. Sonradan məsələnin
Kososvo presedenti ilə ört - basdır edilməyə cəhd edilməsi də heç nə verməyəcək.
Odur ki Azərbaycan məsələnin həlli ilə bağlı öz kontur arqumentlərini həmişə
hazır vəziyyətdə saxlamalıdır. Məsələn, Kosovo ilə Dağlıq Qarabağın müqayisə
edilməsi ümumiyyətlə heç bir məntiqə sığmır. Çünki Kosovada albanlar soyqrıma
məruz qaldıqları halda Dağlıq Qarabağda azərbaycanlılar eyni halla üzləşiblər.
Üstəlik Azərbaycan torpaqları Erməni işğalına məruz qalmaqla 1 milyondan artıq
insan doğma yurd - yuvasından qaçqın vəziyyətinə düşüb. Ona görə də bu gün
Azərbaycan türklərinin hüquqlarının ön plana çəkilməsi və problemin həllinin ana
müddüasına çevrilməsi son dərəcə vacibdir.
Dağlıq Qarabağ probleminin həlli ətrafında oyunlar davam edir. Bu oyunların
məqsədi Qafqazda yeni bir xristian anklavının yaradılmasına və onun türk
dünyasının sinəsinə xəncər kimi saplanmasına yönəlib. Xalqımız bu məkirli planın
reallaşmasına imkan verməməlidir.