Müxtəlif zamanlarda imperiyalar hakim sinfin mənafeyini
qorumaq üçün dövrünə uyğun psixoloji və ideoloji metodlardan istifadə ediblər.
Bu metodları “soyuq müharibədə” silah növü də adlandırmaq olar. Sovet dövrünün
bu silahları artıq sizlərə tanışdır. Kapitalist düşərgəsinin bəzi gözəçarpan
ideoloji və psixoloji silah növlərini sadalamaq istərdim. Psixoloji silah
növlərindən:
-Pulla, hakimiyyətə gətirməklə və s. kimi vasitələrlə ələ almaq,
şirnikləndirmək;
-Müxtəlif təbliğat vasitələri (mətbuata təsir, kinofilmlər, qrantlar)
hesabına ictimai fikri öyrənərək öz məqsədləri naminə istifadə etmək, reklam və
s. bu silah növlərindən çox sadalamaq olar. Mən bir nümunə çəkmək istərdim. Adi
bir diş pastasının, yaxud sabunun tez satılması üçün yarıçılpaq qadın bədənindən
istifadə olunur. Bu kimlərinsə cibinə çoxlu pul gətirir, kimlərdəsə şəhvət
hisslərini gücləndirir. Sadaladıqlarımı ümumiləşdirsək psixoloji silah növləri
insan hissləri ilə-şəhvət, qorxu, həyəcan, qəzəb, vətənpərvərlik və s. hisslərlə
öz məqsədləri naminə oynamaq deməkdir.
İdeoloji silah növləri
Bu silah növünü isə insan psixologiyasından istifadə
edərək həyata keçirilə biləcək “qlobal tədbirlər planı” adlandırmaq da olar. Bu
da birinci növbədə hakim sinfin mənafeyinə xidmət edir.
Qərb düşərgəsində bu ideoloji silah növlərindən:
- demikratiya, aşkarlıq, insan hüquqlrı və s.;
- çoxpartiyalılıq-müxtəlif ideyalarla, pulla, və s.
vasitələrlə hakimiyyət uğrunda mübarizədə öz istəklərinə cavab verənləri
hakimiyyətə gətirmək. Müxtəlif rəngli inqilabları da bura aid etmək olar;
- Milli azadlıq hərəkatları;
- Milli azlıqların hüquqlarının müdafiəsi;
- Millətlərarası münaqişələri öyrənərək lazımi məqamda
onları alovlandırmaq;
- Dinlərarası (müsəlman-xristian), təriqətlərarası
(sünnü-şiə) münaqişə yaratmaq və onları alovlandırmaq;
- Qloballaşma və başqa metodlardan geniş istifadə olunur.
Hakimiyyətə gələn Qorbaçov və onun yaxın ətrafı tərəfindən
“demokratiya”, aşkarlıq, yenidənqurma, bir qədər gizli formada isə
“müsəlman-xristian”, islam ekstremizmi kimi silahlar işə düşdü. Bu sosialist və
kapitalist düşərgəsində gedən “soyuq müharibənin” (ideoloji müharibənin) açıq
təzahürləri idi. Qarbaçovun yürütdüyü siyasət Qərbin planlaşdırdığı bir siyasət
olaraq, onların dünyaya tam hakim olmaq iddialarından irəli gəlirdi.
Belə bir vaxtda Azərbaycanda Milli Azadlıq hərəkatı (Qərbə
meyillilik şərti ilə), Ermənistanda isə (həm də Qarabağda) “Milli azlıqların
hüquqlarının müdafiəsi” ideoloji silahları işə düşdü (müsəlman-xristian, islam
ekstremizmi ideoloji silahları tətbiq edilməklə). Bu “ideoloji silahlar”
əsasında Qərbdən dəstək alan “Daşnak” partiyası Qarbaçov və onun ideoloqları
tərəfindən müdafiə olunan erməni millətçiləri ilə birgə Sovet Ordusunun köməyi
ilə Azərbaycanda “20 yanvar” və “Xocalı soyqırımı”nı törətdilər. Bu soyqırımlara
isə təbii ki, Qərbin insan haqları üzrə müdafiəçiləri göz yumacaqdılar. Ona görə
yox ki, Qərbdə erməni lobbisi güclüdür, sadəcə olaraq “Daşnak” partiyası sovet
imperiyasına, Türkiyəyə qarşı bir ideoloji silahdır. Bir çox hadisələr
tarixçilər tərəfindən araşdırılmaq əvəzinə ideoloqlar tərəfindən ideoloji silah
kimi istifadə olunur.
Azərbaycanda isə hakimiyyətə gəlmək istəyən qüvvələrdə
Qərbə meyillilik hissi (güc mərkəzinə meyillilik) nəzərə çarpırdı. Zaqafqaziyanı
tam nüfuz dairəsinə salmaq Qərbin strateji marağıdır.
Enerji resursları ilə bağlı başlayan proseslər Rusiyaya,
İrana, İraqa və güclənməkdə olan Türkiyəyə qarşı (baxmayaraq ki, NATO-nun
üzvüdür) yeni bir ideoloji və srateji cəbhənin açılması deməkdir.
Zaqafqaziyada Qərbin getdikcə güclənən təsirinə qarşı
durmaq, strateji cəbhənin yaranmasına imkan verməmək uğrunda mübarizədə
Rusiyanın maraqları həm İranın, həm də Türkiyənin maraqları ilə üst-üstə
düşürdü.
Azərbaycan ideoloji və silahlı münqişələr ocağına
çevrilmişdi. Qərbə inteqrasiya modelini əsas götürən hakimiyyətdə təmsil olunan
Azərbaycan demokratları baş verən hadisələrə vaxtında qiymət verə
bilmədiklərindən çətin vəziyyətə düşdülər.
Özlərinə qarşı (özünü qoruma instinkti) strateji cəbhənin
açılmasına imkan vermək istəməyən İranla Rusiyanın birgə məsləhətləşməsi
əsasında ölkənin cənubu İranın (Talış-Muğan respublikası), şimalı isə Rusiyanın
(“Sadval” ləzgi təşkilatı) təsir dairəsinə salındı.
Bu vaxt “Daşnak” partiyası və erməni millətçiləri həm
Qərbdən (Qərbin Ermənistanı öz nəzarətinə almaq istəyi), həm də Rusiya və
İrandan (hər iki dövlətin Ermənistanı Rusiyanın nəzarətində saxlamaq istəyi)
yararlanırdı və Qarabağın getdikcə daha çox əraziləri işğal altına düşürdü.
Ölkəni belə bir vəziyyətdən çıxarmaq üçün xalq arasında
böyük nüfuza malik, insanların arzu və istəklərini başa düşən, qlobal güc
mərkəzlərində (sosialist və kapitalist düşərgələrində) ideoloji və psixoloji
silah növlərindən xəbərdar olan, bu silah növləri tətbiq olunmaqla təşkil olunan
hücumları zərərsizləşdirməyi bacaran, bəşəri ideyalar daşıyıcısı, uzaqgörən,
psixoloq, sosioloq, ideoloq və siyasətçi kimi peşələri yaxşı bilən şəxsə ehtiyac
duyulurdu. Regiondakı o vaxtki durumu nəzərə alsaq belə keyfiyyətlərə malik bir
şəxsin hakimiyyətə gəlməsi real görünmürdü. Ancaq bu möcüzə baş verdi.
H.Əliyevin hakimiyyətə qayıdışı reallıqla uzlaşan bir möcüzə oldu (Bunu ancaq
tanrının istəyi adlandırmaq olar). Deməli Qarbaçov və onun ideoloqları tərəfindən
təqiblərə məruz qalan H.Əliyev yox, məhz onun daşıdığı şəxsi keyfiyyətlər idi.
Hakimiyyətə qayıdan H.Əliyevin yaranmış vəziyyətdən çıxış
yolunda əsas üç prinsip nəzərə çarpırdı.
- Azərbaycançılıq ideologiyasının öyrənilməsi, təbliği və tətbiqi.
- İqtisadi quruculuq işləri.
- Ordu quruculuğu.
Bu mövcud vəziyyətdən yeganə çıxış yolu idi. Azərbaycanın
Şimalında və Cənubunda vəziyyəti sabitləşdirərək Qarabağ bölgəsində müvəqqəti
atəşkəsə nail oldu. Bu onun götürdüyü strateji xəttin bəşəri və insani
keyfiyyətlərinə əsaslanırdı.
Təəssüf ki, bu şəxsiyyətin vəfatından sonra onun
şəxsiyyətinə pərəstiş amili gücləndirilərək götürdüyü strateji xəttin
istiqamətləri dəyişdirildi.
Bu H.Əliyev strategiyasına qarşı düşünülmüş pərdəarxası
bir oyun oldu, yoxsa buraxılan bir səhv, buna da tarix cavab verəcək.
İndi də H.Əliyevin götürdüyü strateji kursun dəyişən
istiqamətlərinə nəzər salaq.
- Azərbaycançılıq ideologiyasının öyrənilməsi əvəzinə Avropa standartlarına
uyğunlaşaraq Qərbə inteqrasiya.
- İqtisadi quruculuq əvəzinə özünü kapitalistləşdirmə metodologiyası.
- Ordu quruculuğu əvəzinə (Azərbaycançılıq ideologiyası baxımından) NATO standartlarına uyğunlaşma (bir vaxtlar rus
standartlarına uyğunlaşmışdıq).
Əl ağacı hec də yerimək demək deyil, bu sadəcə olaraq
yerimək qüsuru üçün bir vasitədir. Deməli güclü ordu, güclü iqtisadiyyat məqsədə
çatmaq naminə vasitə ola bilər, ideologiya ola bilməz.
Azərbaycançılıq (insani, bəşəri, şərq) ideologiyasından
uzaq olan “balanslaşdırma” siyasəti bütün hallarda iflasa uğramalıdır, necə ki,
uğrayır. Eyni zamanda toqquşan tərəflərin maraqlarını qane etməyə çalışmaq
qeyri-mümkündür.
Dünyada güclü ideoloji müharibə gedir. Bu gün insanlıq
özünü, öz tarixi keçmişini axtarır. Bəşəriyyəti tək qütblü dünyaya çevirmək,
kapitalizm ideologiyası ətrafında “qloballaşdırmaq” qeyri mümkündür. Bu artıq
Rusiya-Amerika (sosialist-kapitalist düşərgələrin) qarşıdurması deyil. Bu
kapitalizm və insanlıq (şərq) ideologiyalarının toqquşmasıdır ki, burada da
insanlıq ideologiyasının qalib gələcəyi mütləqdir.
Sovet quruluşunun dağılması prosesində Azərbaycana çox
böyük zərbələr dəydi. Kapitalizm quruluşunun da dağılmasının əlamətlərini
görürük. Dünyanın hər yerində, Rusiyada, Qərbin özündə və s. yerlərdə Şərq
ideologiyasına (insanlığa) meyillilik getdikcə güclənir. Belə bir vaxtda
kimlərəsə tərəf inteqrasiya prosesləri böyük fəlakətlər törədə bilər. Təəssüf
ki, bu ideoloji müharibədə Azərbaycan tərəfi çox zəif təsir bağışlayır.
Böyük aktyorluq məharəti nümayiş etdirən, yorulub əldən
düşən Avropa standartlarına uyğunlaşıb Qərbə inteqrasiya edən Azərbaycanın bir
çox siyasətçi və ideoloqları bu dəfə “qloballaşma” oyununa girməli olacaqlar.
İndiki zamanda Şərq ideologiyasının qaynaq mənbəyi olan
Azərbaycançılıq ideologiyasını bilməmək, onu öyrənməmək və tətbiq etməmək,
sadəcə olaraq bu ideoloji müharibədə uduzmaq deməkdir ki, bu da artıq göz
qabağındadır. Bu müharibəni güclü ideoloqlar aparmaq əvəzinə biz güclü ordu,
güclü iqtisadiyyatımızla qürrələnirik.
Ideoloji cəbhədə uduzaraq (müxtəlif tərəflərə inteqrasiya,
hansı ki, heç biri özünü doğrultmayacaq) silahlı qarşıdurmada üstünlük
qazanmağın mümkünsüz olduğunu da başa düşməliyik.
Azərbaycan ziyalısı bir ideologiya ətrafında cəmləşə bilər
ki, bu da Azərbaycançılıq (insanlıq, Şərq ideologiyasının türkçülüyün qaynaq
mənbəyi) ideologiyasıdır. Bu cəhətdən də Azərbaycan dünyanın ən varlı və zəngin
ölkəsidir (öz tarixi keçmişi və şəxsiyyətlərinə görə).
Gizli “sülh” yaxud “gizli müharibə” planı
Gizli “sülh” yaxud “gizli müharibə” planıları təklif oluna
bilər. Bu planlar birinci növbədə “qloballaşdırma” siyasəti yürüdən, dünyaya
kapitalizm ideologiyası ilə tam sahib çıxmaq istəyən Qərbin (Amerika-İngiltərə
cütlüyü) tam istək və arzularından xəbər verir, həm də Azərbaycan hakim
dairələrinin istəyi ilə üst-üstə düşə bilər (iqtisadi siyasətlərinə nəzər
salsaq, özünü kapitalistləşdirmə metodu ilə kapitalizm qurmaq istəyi). Bu xalqın
istək və arzuları ilə uzlaşmayan planlardır. Eyni zamanda Azərbaycana “Bütöv
Azərbaycan” ideyası (şirnikləşdirmək, İranı parçalamaq, enerji resurslarına tam
nəzarət, Rusiyaya, Türkiyəyə qarşı strateji cəbhə və s.), Ermənistana isə Böyük
Ermənistan (Azərbaycana, Rusiyaya, Türkiyəyə qarşı və s.) ideyasi təklif oluna
bilər. Təbii ki, bölgədə “sülhməramlılarını” da yerləşdirmək istəyəcəklər. (Bu
“sülhməramlıların” da İraqda necə sabitlik törətdiklərini yaxşı görürük). Qərbin
bu istəyinə qarşı İran da, Rusiya da, Türkiyə də müqavimət göstərəcək (özünü
qoruma instinkti). Deməli Azərbaycan hər an münaqişələr ocağına çevrilmək
təhlükəsindədir.
Yaranmış vəziyyətdən çıxış yolları
- Azərbaycançılıq (Şərq) ideologiyasının öyrənilməsi, təbliği və tətbiqi.
- Dünyada, regionda gedən ideoloji müharibədə ictimai siyasi prosesləri
nəzərə alaraq Azərbaycançılıq (Şərq) ideologiyasını bilən ziyalılardan
(iqtidarda, müxalifətdə, ictimai təşkilatlarda və s. harada təmsil olunmasından
asılı olmayaraq) xalqı, dövlətçiliyi ideoloji və psixoloji hücumlardan (müxtəlif
kinofilmlər, verilişlər, qrantlar hesabına həyata keçirilən müxtəlif layihələr,
iqtidardaxili çəkişmələr, müxalifət-iqtidar qarşıdurması, müxtəlif dövlətlərin
hakim dairələri tərəfindən olan ideoloji və psixoloji hücumları
zərərsizləşdirmək, müxtəlif rəngli bayraqlar (narıncı, yaşıl və s.) altında
inqilabi çağırışlara münasibət bildirmək və s.) kimi hallara qarşı zərurətdən
doğan ideoloji cəbhəni formalaşdırmaq.
- Azərbaycançılıq (bəşəri, insani, Şərq ideologiyasını) bilən ziyalılar
tərəfindən “Qarabağa və digər işğal olunmuş yurdlara qayıdış” proqramının
hazırlanması və zərurətdən yaranan “müdafiə tədbirləri” planının tərtib
olunması. Şərq ideologiyasını bilən Qarabağ ziyalılarının bu işə cəlb olunmasını
xüsusi ilə qeyd etmək istərdim.
Əgər hər hansı gizli danışıqlarla
“Sülh” yaxud “müharibə”
planı təklif olunacaqsa məhz bu ziyalılar tərəfindən araşdırılmalıdır.
Azərbaycançılıq ideologiyası nə deməkdir?
- Bu, Şərq və türkçülük ideologiyasının qaynaq mənbəyi olan, insanlıq,
bəşəri prinsiplərə əsaslanan ideologiyadır.
- Bu, ideologiya səni-yaradana- Vahid güc mərkəzinə, mütləq gücə-Tanrıya
doğru yönəlməyin deməkdir.
- Bu ideologiya özünü tanımaq, həyatın mənasını anlayaraq can qorxusu,
mal-mülk itirmək, vəzifə itirmək qorxusu və s. hisslər yaşayanlar üçün ölüm
nədir?, şəhidlik nədir? Suallarına aydınlıq gətirmək deməkdir.
- Azərbaycançılıq ideologiyası Azərbaycanın tarixi keçmişi, xalq
yaradıcılığı, muğamı, aşıq sənəti və s. deməkdir.
- Bu ideologiya nə islamiyyətdir, nə də xristianlıq, nə indiuzimdir, nə də
budduizm, bununla belə bütün bəşəri dinləri özündə cəmləşdirir.
- Bu ideologiya milliyyətçilikdən uzaq olan Hegel, Borkin, Homer, Hun,
Aristotel, Sokrat, Hipokrat və digərlərinin qəlbinə hakim kəsilən bir
ideologiyadır.
- Bu ideologiya Cavanşiri, Babəki, Oğuz xanı, Tomirisi, Şah İsmayılı, Pənah
xanı, Cavad xanı və yüzlərlə Azərbaycanın igid oğul və qızlarını Əzrailə meydan
oxuyaraq ölümün gözünə dik baxmağa vadar edən inamdır.
- Bu ideologiya dünya şöhrəti qazanmış dahi söz ustadları Xətib Təbrizi,
Bəhmənyar, Qətran Təbrizi, Məhsəti Gəncəvi, Xaqani Şirvani, Nizami Gəncəvi,
Fələki Şirvani, Mücirəddin Beyləqani, Nəsrəddin Tusi, İmaməddin Nəsimi, Rəhməti
Təbrizi, Məhəmməd Fizuli, Aşıq Ələsgər, Aşıq Qurbani, A.A.Bakıxanov, M.P.Vaqif,
S.Ə.Şirvani, M.Ə.Sabir, Şəhriyar, H.Cavid, Ə.Vahid kimi yüzlərlə Azərbaycanın
oğul və qızlarının düşüncə tərzidir. Deməli bu yurdun “Azərbaycan” adlandırması
təsadüfi deyil.
- Nəhayət, Azərbaycançılıq ideologiyası “Azərbaycan” sözündə və üç rəngli
bayrağında həkk olunub (əgər aydınlıq gətirə bilsək!?)
Azərbaycançılıq ideologiyasının əsasları
Bu gün insanlıq özünü, öz tarixi keçmişini, öz yaradanını
axtarır. Şərq ideologiyasına meyillilik getdikcə güclənir. Ciddi seçim
qarşısında qalmışıq:
- Qəbul etməliyik ki, ya əcdadlarımız həqiqətən meymun olub, sürü halında
şüursuz formada yaşayıblar və biz getdikcə şüur cəhətdən inkişaf edirik (Ç.Darvin
nəzəriyyəsi və onun tərəfdarları).
- Bizi yaradan uca tanrı və 4 ünsür (od, su, torpaq, hava) anlayışı. Mən
burada ilahi şəxsiyyət, dahi filosof Nizami Gəncəvinin “Sirlər Xəzinəsi”nin
açarı olan məşhur bir rübaisini xatırlamaqla cavab vermək istərdim.
On namə yazdı Tanrı, doqquz fələk altında,
Altı yön, yeddi ulduz, səkkiz behişt açanda.
Üç ruhdan, dörd ünsürdən, beş duyğudan sənintək,
Bir kimsə yaratdımı məgər iki
cahanda
On
namə-beş hiss üzvü:-gözlər, qulaqlar, burun, dil, dəri. Beş fəaliyyət üzvü: nitq
üzvü, ayağlar, əllər, anus və cinsiyyət üzvü.
Doqquz
fələk:-iki göz, iki qulaq, iki burun deşiyi, ağız anus və cinsiyyət üzvləri.
Altı
yön:-altı cəhət: sağ, sol, aşağı, yuxarı, ön, arxa.
Yeddi
ulduz-insana və bütün canlılara təsir göstərən əsas planetlər: Günəş, Ay,
Merkuri, Venera, Mars, Yupiter, Saturn
Üç ruh-üç
incə element: ağıl, dərrakə və yalançı “Mən”.
Dörd
ünsür-hava, od, su, torpaq.
Beş
duyğu-eşitmə, görmə, iy bilmə, dad bilmə, təmas.
İki
cahan-maddi və ruhi dünya
Bu rübainin açılması ilə biz özümüzü tanıyaraq
Azərbaycançılıq (Şərq) ideologiyasının nə olduğunu dərk edəcəyik.
Mən bu yazını peyğəmbərlərimizin (ə.s) bir ifadəsi ilə
bitirmək istərdim
Özünü tanıyan Allahını da tanıyar.
Şəhid
ruhlarına bir daha dərin hörmət və ehtiramımı bildirirəm.