Həmçinin,
Movses
Xorenatsinin
əsərlərində
Albaniyanın
və
onun
vilayətlərinin,
o
cümlədən
də
Qarabağ
ərazisinin
ilk
orta
əsrlər
dini
və
dünyəvi
tarixi
haqqında
müfəssəl
məlumat
verilmişdir.
Eləcə
də,
Anani
Şirakatsi
«Coğrafiya»
əsərində
Albaniyanın
sərhədləri
və
ayrı-ayrı
iqtisadi
rayonlarından
bəhs
etmiş,
Araz
çayından
Kür
çayınadək
olan
ərazidə
Albaniyanın
vilayətlərinin
yerləşdiyini
göstərmişdir.
VI
əsrdə
yaşamış
İohan
Yerusəlimskinin
«Alban
katolikosu
Abasa
məktub»
adlı
əsəri
Albaniya,
o
cümlədən
Qarabağ
ərazisindəki
alban
xristian
abidələrinin
tarixi
ilə
tanışlıq
üçün
maraqlı
sənədlərdən
biridir.
Qeyd
etmək
lazımdır
ki,
V
əsrdə
Albaniyada
monofizitlərlə
diofizitlər
arasında
mübarizə
gedən
zaman
monofizit
təriqətinə
sitayiş
edən
ermənilər
xristianlıqda
xüsusi
mövqe
tutmuşdular.
Belə
bir
şəraitdə
alban
kilsəsini
özlərinə
tabe
etmək
istəyən
monofizitlər
ölkədə
öz
təriqətləri
xeyrinə
hər
cür
təbliğat
aparırdılar.
Yerusəlim
patriarxı
İohanın
alban
katolikosu
Abasa
yazdığı
təbliğat
xarakterli
bu
məktubu
Albaniyanı
öz
tərəfinə
çəkmək
istəyən
monofizit
din
xadimlərinin
öz
məqsədlərinə
çatmaq
üçün
hansı
vasitələrə
əl
atdıqları
aydın
təsvir
edilmişdir.
Erməni
yepiskopu
Sebeosun
«Tarix»
əsərində
VI-VII
əsrlərdə
Albaniyada,
o
cümlədən
Qarabağ
ərazisində
baş
vermiş
bir
çox
siyasi
hadisələr
təsvir
edilmişdir.
Burada
onu
da
vurğulamaq
lazımdır
ki,
ilk
orta
əsr
erməni
müəlliflərinin
yaşadığı
dövr
düzgün
göstərilmədiyi,
yəni
tarixi
saxtalaşdırıldığı
güman
edilir.
Bütün
bunlarla
bərabər
Azərbaycanın Qarabağ bölgəsinin
tarixini,
onun
əyalət
və
şəhərlərini,
həmçinin
ölkənin
tarixində
baş
vermiş
iqtisadi,
siyasi
və
dini
hadisələri
öyrənmək
üçün
mötəbər
mənbə
alban
tarixçisi
Moisey
Kalankaytuklunun
«Albaniya
tarixi»
adlı
əsəridir.
Moisey
Kalankaytuklu
VII
əsrdə
yaşamış,
xüsusi
təhsil
almış
və
bir
sıra
ölkələri,
o
cümlədən
Yerusəlimi
gəzmişdir.
O,
iki
hissədən
ibarət
«Albaniya
tarixi»ni
yazmış,
X
əsrin
sonu
və
XI
əsrin
əvvəllərində
yaşamış
Moisey
Dasxoranski
adlı
bir
şəxs
isə
həmin
əsərə
III
hissə
əlavə
etmişdir.
Hər
üç
hissədə
Albaniyanın,
onun
tərkib
hissəsi
olan
Qarabağ
ərazisinin
qədim
nahiyələri
olan
Uti
və
Arsakın
siyasi,
sosial-iqtisadi,
mədəni
tarixi
və
həmçinin
orada
yaşayan
əhalinin
etnik
mənsubiyyəti
barədə
məlumat
verilmişdir.
Yuxarıda
göstərilən
əsərlərlə yanaşı,
bir qrup
mənbələr də,
xüsusilə dini və ya
dünyəvi
müqavilələr,
ayrı-ayrı
məktublar,
xatirə
yazıları da
məlumdur ki,
bunlar da
Qarabağ
tarixinə dair
müəyyən
problemlərin həlli üçün mühüm mənbə rolu
oynayır.
Qeyd etmək
lazımdır ki,
erməni
mənbələri
müəlliflərinin demək olar hamısı kilsə
tarixçiləridir.
Məhz buna görə də onlar
ümumiyyətlə,
dünya kilsə
təşkilatları üçün
səciyyəvi bir cəhətə
dönmədən əməl
etmişlər:
bu da ondan
ibarətdir ki,
hər bir kilsə
tarixçisi öz
əsərində
kilsələrin və ayrı-ayrı din
xadimlərinin
fəaliyyətini
şişirtməyə
çalışmışlar.
Bir çox kilsə
tarixçiləri
öz
əsərlərində bu
ənənəyə sadiq qalmış və bəzi yanlış
nəticələrə
gəlmişlər ki,
bu da
onlardan
istifadə edən hər bir
tədqiqatçıdan böyük diqqət tələb edir.
Son dövrlərin erməni tədqiqatçıları özləri həmin mənbələrin çoxundan imtina
edirlər. Həmin mənbələrin tərcümələri zamanı edilmiş saxtakarlıqları nəzərə
alaraq həmin dövrün tarixi, xüsusilə də sosial-iqtisadi və mədəni tarixi
arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi mədəniyyət nümunələri əsasında
tədqiq edilməlidir.
Ümumiyyətlə,
tədqiqata
cəlb
edilmiş
yazılı
mənbələrin,
xüsusilə
erməni
mənbələrinin
mötəbər
olmaması,
başqa
sözlə
müəyyən
zamanlarda
onların
tərcüməsi
zamanı
məqsədyönlü
şəkildə
saxtalaşdırılması
indiyə
qədər
yazılmış
tarixi
ədəbiyyata
yeni
baxışla,
başqa
sözlə
daha
ciddi
yanaşmağı
tələb
edir.
Bunsuz
Qarabağ
tarixinin
ilk
orta
əsrlər
dövrünü
obyektiv
tədqiq
etmək
qeyri
mümkündür.
Azərbaycanın
bu bölgəsinin xüsusiyyətlərini müəyyənləşdirmək üçün ilk orta əsrlərə aid
Beyləqan, Ağcabədi, Bərdə, Yevlax, Tərtər və Qarabağın dağlıq ərazisində
arxeoloji qazıntılar zamanı aşkar edilmiş, çoxlu sayda maddi mədəniyyət
nümunələri diqqətdən qaçmamalıdır.
Qarabağ
ərazisindən arxeoloji qazıntılar zamanı aşkar edilmiş sadə tikinti
materiallarının yeni formalı və bədii tərtibatlıları ilə əvəzləndiyi dövrlər
üzrə sərbəst şəkildə müşahidə edilir. Belə materiallara Qarabağda (Bərdə, Ağdam,
Füzuli, Xankəndi, Şuşa və s.) aşkar edilmiş qoç başı ilə kapitel və sütun
altlıqları, fallos formalı daşlar aiddir. Onların oxşarları Azərbaycanın digər
abidələrində (Mingəçevir, Şamaxı, Qəbələ, Təzəkənd) də aşkar edilmişdir.
Üzərində epiqrafik nişanələr və yazılar olan daş və digər abidələrin Qarabağda
geniş yayılması orada insan cəmiyyətinin həyatındakı mədəni prosesi, daxili
dinamikanı izləməyə imkan verir.
Qarabağın müxtəlif yerlərində aparılmış qazıntı işləri zamanı xeyli daş
heykəllər, daş alətlər-kirkirə, su dəyirmanı daşları və d.aşkar edilmişdir.
İnsanın müqəddəs saydığı çörəyin istehsalında istifadə edilmiş həmin daş alətlər
Qarabağ ərazisində çox yayılmışdır. Qarabağda Govurqala (Ağdam), Ağoğlan (Yuxarı
Qarabağ) abidələri, eləcə də
Bərdə və Ağcabədidə arxeoloji tədqiqatla öyrənilmiş digər abidələr Albaniyanın
ilk orta əsrlər maddi mədəniyyəti haqqında geniş təsəvvür yaradır. Bununla ilk
orta əsrlər Qarabağın iqtisadi və ictimai həyatını öyrənmək mümkündür.
İlk orta əsrlərə dair abidələr sisteminə həmin dövrdə yaranmış şəhərlər də
daxildir. Burada
aparılan arxeoloji tədqiqatlar IV-VII əsrlərdə Qarabağ ərazisində alban
memarlığının özünəməxsus xüsusiyyətlərinin öyrənlməsinə imkan verir. Məlum olur
ki, ilk
orta əsrlərdə Qarabağda əzəmətli memarlıq kompleksləri - ictimai, dini və
yaşayış binaları yaradılmışdır. Bunu arxeoloji materiallarla bərabər yazılı
mənbələr də təsdiq edir.
Həmçinin tarixi-arxeoloji tədqiqat bu dövrdə Albaniyada şəhər quruculuğunun
geniş vüsət aldığını - yaşayış və sitayiş təyinatlı binaların, körpülərin inşa
edilməsini göstərir.
Beləliklə, Azərbaycanın Qarabağ bölgəsinin ilk orta əsrlər tarixini tədqiq etmək
üçün yazılı qaynaqların mötəbər olmaması səbəbindən Qarabağın ilk orta əsrlər
tarixinin öyrənilməsində arxeoloji tədqiqatları ən mühüm mənbə hesab edirik.
Qarabağda vaxtilə aparılmış arxeoloci qazıntılar Qarabağ tarixinin ilk orta
əsrlər dövrünü tədqiq etməyə imkan verir.