“Qarabağnamə”lər
salnamə
xarakteri
daşıdıqları
və
eyni
tarixi
dövrdə
baş
verən
hadisələri
əks
etdirdikləri
üçün
bir-birini,
əsasən,
təkrar
edir.
Başqa
cür
də
ola
bilməz.
Salnamələrin
diqqətlə
təhlil
edilməsi
belə
bir
nəticəyə
gəlməyə
imkan
verir
ki,
bütün
başqa
Azərbaycan
xanlıqları
kimi
Qarabağ
xanlığının
da
meydana
çıxması
sosial-iqtisadi
və
ictimai-siyasi
proseslərin
qanuni
nəticələrindən
biri
idi.
“Qarabağnamə”lərin
uzun
müddət
işıq
üzü
görməməsi
də
onların
tarixçi
alimlərin
nəzərindən
kənarda
qalmasına
səbəb
olmuşdur.
Bu
qiymətli
tarixi
salnamələri
diqqətlə
araşdırarkən
görürük
ki,
onlarda
XVIII
əsrdə
və
XIX
əsrin
əvvəllərində
Qarabağın,
həm
də
bütövlükdə
quzeyli-güneyli
Azərbaycanın,
habelə
bütün
Cənubi
Qafqazın
və
Ön
Asiyanın
həyatında
baş
vermiş
mürəkkəb
ictimai-siyasi
proseslərin
obyektiv
şəkildə
işıqlandırılması,
bir
sıra
qaranlıq
mətləblərə
aydınlıq
gətirilməsi,
bədnam
ermənilərin
canfəşanlıqla
dünyaya
səpələdikləri
məkrli
yalanları
puça
çıxarmaq
üçün
qiymətli
məlumatlar
var.
Qaynaqların
təhlili
bir
daha
əyani
şəkildə
sübut
edir
ki,
Qarabağ
xanlığı
Azərbaycan
feodal
dövləti
kimi
yaranmış,
elə
bu
şəkildə
də
Rusiya
imperiyasının
tərkibinə
qatılmışdır.
14 may
1805-ci
il
tarixli
Kürəkçay
müqaviləsinə
Sisianovla
birlikdə
Qarabağ
xanı
İbrahimxəlil
xan
Cavanşir
də
qol
çəkmişdir.
Salnamə
müəllifləri
Qarabağın
tarixi
coğrafiyasını,
onun
daxilində
və
xaricində
baş
verən
siyasi
hadisələri,
hebelə
Pənahəli
xanın
və
İbrahimxəlil
xanın
dövrlərində
tikilən
şəhər
və
tarixi
abidələr
haqqında
geniş
məlumat
verirlər.
Bu
məlumatlar
xalqımızın
tarixi,
məişəti,
təsərrüfatı,
o
zamankı
həyat
tərzinin
bir
sıra
mühüm
mətləblərinə
işıq
salmağa,
XVIII
əsrin
ikinci
yarısında
bu
bölgələrdə
gedən
taleyüklü
tarixi
proseslərin
obyektiv
mənzərəsini
yaratmağa
imkan
verir.
Mirzə
Adıgözəl
bəyin
və
Mirzə
Camal
bəy
Cavanşir
Qarabağinin
öz
salnamələrini
Rusiya
imperiyasının
Cənubi
Qafqazdakı
canişinlərinin
sifarişləri
ilə
yazdıqları
mütləq
nəzərə
alınmalıdır.
Hər
iki
tarixçi
Rusiya
imperiyasının
dövlət
idarələrində
qulluq
etmişdir.
Məhz
bu
məqam
Rusiya
siyasəti
ilə
bağlı
bir
çox
hallarda
bu
qiymətli
qaynaqların
məlumatlarına
diqqətlə
yanaşmağı,
onları
başqa
məxəzlərlə
tutuşdurmaq
hesabına
əsl
həqiqəti
aşkara
çıxarmağı
tələb
edir.
Mirzə
Adıgözəl
bəyin
“Qarabağnamə”
əsəri
tarixi
məzmununa
görə
xüsusilə
fərqlənir.
Mirzə
Camal
Cavanşir
Qarabağinin
“Qarabağ
tarixi”
əsəri
də
başqa
salnamələrlə
müqayisədə
olduqca
zəngindir.
Müəllif
Pənahəli
xan
və
İbrahimxəlil
xan
dövrlərini
daha
dolğun
təsvir
edir,
tarixi
hadisələri
ardıcıllıqla
verir.
Mirzə
Camal
bəy
Cavanşir
öz
əsərində
Qarabağın
ictimai-iqtisadi
vəziyyətini,
kənd
təsərrüfatını,
suvarma
şəbəkəsini,
becərilən
bitkiləri,
xanların
və
onların
qohumlarının
əmlakını,
mədaxil
və
məxariclərini,
hərbi
qüvvələrini
və
sair
ətraflı
göstərir.
Mirzə
Camalın
salnaməsi
müəllifin
yaşadığı
dövrün
təsirindən
irəli
gələn
məhdud
cəhətlərinə
baxmayaraq,
digər
“Qarabağnamə”lərlə
müqayisədə
böyük
üstünlüklərə
malikdir.
Mirzə
Yusif
Qarabağinin
“Tarixi-safi”
əsəri
özündən
əvvəlki
salnamələrdən
o
qədər
də
ciddi
şəkildə
fərqlənmir.
O,
Mirzə
Adıgözəl
bəyin
və
Mirzə
Camal
Cavanşirin
qeyd
etdikləri
tarixi
hadisələri
təkrar
edir.
Müəllifin
əsərinin
fərqli
cəhəti
ondan
ibarətdir
ki,
o,
öz
əsərində
erməni
millətçiliyinə
daha
çox
üstünlük
verir.
Ona
görə
də
Mirzə
Yusif
Qarabağinin
əsərinə
daha
çox
tənqidi
yanaşmaq
lazımdır.
Əhməd
bəy
Cavanşirin
“1747-1805-ci
illərdə
Qarabağ
xanlığının
siyasi
vəziyyətinə
dair”
əsəri
də
digər
salnamələr
içərisində
özünəməxsus
yer
tutur.
Onu
da
qeyd
edək
ki,
Əhməd
bəy
Cavanşir
öz
əsərindən
danışarkən
qeyd
edirdi
ki,
istifadə
etdiyim
mənbələr
Mirzə
Adıgözəl
bəyin,
Mirzə
Camalın
əsərləri
və
digər
mənbələr
olmuşdur.
Əhməd
bəy
Cavanşirin
əsərinin
fərqli
cəhətlərindən
biri
də
ondan
ibarətdir
ki,
o,
Kürəkçay
müqaviləsinə
də
müəyyən
qədər
diqqət
yetirmişdir.
Əhməd
bəyin
əsərində
İbrahimxəlil
xana
qarşı
qərəzçilik
özünü
aydın
surətdə
göstərir.
Müəllif
heç
bir
səbəb
olmadan
Məhəmməd
bəy
Cavanşirə
haqq
qazandırmağa
çalışır.
Mirzə
Mehdi
Xəzaninin
“Kitabi-tarixi-Qarabağ”
əsəri
dil
və
üslubuna
görə
bir
qədər
çətin
olsa
da,
tarixi
baxımdan
çox
əhəmiyyətlidir.
O
öz
əsərində
Qarabağın
mədəniyyəti
ilə
bağlı
məsələlərə
daha
çox
yer
vermişdir.
XIX
əsrin
əvvəlləri
Azərbaycan
mədəniyyətinin
dolğun
mənzərəsini
yaratmaq
üçün
bu,
çox
mühüm
məxəzdir.
Rzaqulu
bəy
Mirzə
Camal
oğlunun
“Pənah
xan
və
İbrahim
xanın
Qarabağda
hakimiyyətləri
və
o
zamanın
hadisələri”
əsəri,
özünün
etiraf
etdiyi
kimi,
atasının
əsərinin
yığcam
xülasəsindən
ibarətdir.
Lakin
hər
halda
Rzaqulu
bəyin
salnaməsində
bir
sıra
əlavə
materiallar
var
ki,
onlar
dövrün
tarixinin
daha
dolğun
yazılması
üçün
faydalı
ola
bilər.
Mirzə
Rəhim
Fənanın
“Tarixi-cədid-Qarabağ”
əsərinin
bəzi
hissələri
əldə
edilmədiyindən
onun
haqqında
tam
təsəvvür
yaratmaq
imkan
xaricindədir.
Bu
əsərdə
də
müəllif
özündən
əvvəl
yazılan
salnamələri
sanki
təkrar
edir.
Hər
halda
Mirzə
Rəhim
Fənanın
salnaməsi
də
Qarabağın
dolğun
tarixinin
yazılması
baxımından
bir
sıra
məziyyətlərə
malikdir.
Əsərdə
qeyd
edilən
məlumatlar,
o
dövrün
ictimai-siyasi
ab-havasını
dərk
etmək
baxımından
xüsusilə
maraq
doğurur.
Qarabağ
xanlığının
tarixinə
həsr
edilən
salnamələrdən
biri
də
M.
Baharlının
“Əhvalati-Qarabağ”
əsəridir.
Müəllif
əsərində
Qarabağın
tarixindən
daha
çox
onun
memarlıq
abidələrinə,
tarixi
şəxsiyyətlərinə,
adət
və
ənənələrinə,
etnoqrafiyasına
yer
verir.
Azərbaycan
mədəniyyəti,
xüsusilə
də,
orta
əsrlər
mədəniyyəti
tarixi
üzrə
qaynaqların
kasadlığı
şəraitində
bu,
çox
qiymətli
mənbədir.
Həsən
İxfa
Əlizadə
də
“Şuşa
şəhərinin
tarixi”
əsərini
yazmışdır.
O,
əsərində
Qarabağ
xanlığının
mərkəzi
Şuşa
şəhərinin
bünövrəsinin
qoyulmasından
bəri
baş
verən
hadisələri
izləmiş
və
məscidlərin
üzərindəki
daş
kitabələri
tərcümə
etmişdir.
Qarabağ
tarixinə
həsr
olunan
salnamələrdən
biri
də
Həsənəli
xan
Qaradağinin
“Qarabağ
vilayətinin
qədim
cədid
keyfiyyət
və
övzaları”
əsəridir.
Bu
əsər
yarımçıq
və
çox
qüsurludur.
Müəllif
əsərində
Qarabağın
tarixi
abidələrinə
aid
az
da
olsa,
məlumat
verir.
Abbasqulu
ağa
Bakıxanov
“Gülüstani-İrəm”
əsərində
Qarabağın
tarixinə
aid
xeyli
tarixi
məlumat
toplamışdır.
Müəllif
Qarabağın
tarixi
coğrafiyası
və
etnoqrafiyası
haqqında
topladığı
çoxlu
məlumatı
əsərinin
beşinci
fəslində
çox
maraqlı
və
oxunaqlı
şəkildə
sistemləşdirmişdir.
A.A.Bakıxanov
qeyd
edir
ki,
müstəqil
dövlətlər
olan
xanlıqlar
dövründə
ara
müharibələrinə
baxmayaraq,
məhsuldar
qüvvələrin
inkişafı
istiqamətində
xeyli
irəliləyiş
olmuş,
XIX
əsrin
ilk
onilliklərində
vətən
torpaqlarının
Romanovlar
və
Qacarlar
arasında
parçalanması
isə
Azərbaycana,
onun
sosial-iqtisadi
və
mədəni-siyasi
həyatına
ağır
zərbələr
vurmuş,
rus
müstəmləkəçilərinin
əli
ilə
bugünkü
bəlalarımızın
ən
böyüyünün
əsası
qoyulmuşdur.
“Qarabağnamə”lərdə
erməni
ünsürü
haqqında
söhbət
getmir.
Qarabağa
erməni
ünsürü
XIX
əsrin
əvvəllərində
Rusiya
müstəmləkəçilərinin
əli
ilə
gətirilmiş,
son
15-20
il
ərzində
xalqımızın
başına
açılan
oyunların
bünövrəsi
məhz
o
dövrdə
- XIX
əsrin
əvvəllərində
Azərbaycan
torpaqlarına,
o
cümlədən
də,
Qarabağa
ermənilərin
köçürülməsi
ilə
qoyulmuşdur.