Məğlubiyyətin qeyri-hərbi səbəbləri
1)
Azərbaycanda ([geo-] siyasi, [geo-] iqtisadi, dini və s.) marağı olan
müxtəlif dövlətlərin bu müharibədən Azərbaycana qarşı bir təzyiq aləti kimi
istifadə etməsi
(dövlətlər səviyyəsində əks tərəfə edilən maliyyələşdirmədən
tutmuş, müharibə planının ssenariləşdirilməsinə qədər metodlarla – təbii ki,
məxfi planlar və kanallar üzrə);
2) Erməni
tərəfindən fərqli olaraq Azərbaycanın bu müharibəyə psixoloji hazır olmaması,
və bu səbəbdən də, müharibəni ilkin mərhələdə plansız, şok vəziyyətində aparması;
3) İlkin mərhələdə
Azərbaycanda hadisələri öz nəzarəti altına ala biləcək, hərbi gərginliyə davam
gətirə biləcək hakimiyyət aparatının və ya vahid liderin olmaması;
4) Azərbaycanda hərbi sənaye
inkişaf etmədiyindən qarşı tərəfin müttəfiqlərinin hərbi sənayesindən asılı
vəziyyətə düşməsi;
5) Müharibə
ərzində döyüşlərin gedişatını analiz və proqnoz edən, ssenariləşdirən
institutların olmaması,
silahların təkmilləşdirilməsi, yerli şəraitə uyğunlaşdırılması və ya yenilərinin
yaradılması işinə alimlərin cəlb edilməməsi (təkcə İkinci Dünya
Müharibəsi ərzində “Katyuşadan” tutmuş atom bombasına qədər silahlar icad
olunmuşdu);
6) Müharibənin
Azərbaycanda gedən siyasi, iqtisadi və hərbi reformalarla bir ərəfəyə düşməsi,
başqa sözlə, siyasi xaotiklik, iqtisadi viranəlik dövrünə təsadüf etməsi,
ordunun müharibə gedə-gedə “sıfır”dan başlanıb qurulması;
7) “Neft kontraktları”nın
imzalanmasının yubadılması;
Və s.
* *
*
Məğlubiyyətin sırf hərbi səbəbləri
1) Bütün müharibə boyu
döyüşün yalnız bir stilinə – güc stilinə üstünlük verilib, qalan digər bütün
stillərinə – o cümlədən, casusluğa, diversiya əməliyyatlarına, sui-qəsd
təşkilinə, dezinformasiyaya, şantaja, daxildən qiyam təşkilinə və s. heç bir
əhəmiyyət verilməməsi;
2) Ordunun döyüş
qabiliyyətinin heç bir vasitə ilə stimullaşdırılmaması.
Başqa sözlə, fəxri ad və mükafatlar, orden və medallar, rütbə və pul mükafatları
verilməsi və s. kimi çoxdan sınanılmış təhrikedici-ruhlandırıcı vasitələrdən
istifadə edilməyib, əvəzində, əsgərlərin başının “namus”, “qeyrət”, “vətən”,
“borc” və s. kimi köhnə bayatılarla qatılmasına cəhd göstərilməsi;
3) Rotaların
komplektləşdirilməsi işində əskərlərin Sovet Ordusunda aldığı peşəyə qətiyyən
(!) əhəmiyyət verilməməsi.
Məsələn, təkcə mənim xidmət etdiyim artilleriya divizionunda 10-a yaxın tankçı
olduğu halda, qonşu tank batalyonu başdan-başa 18 yaşlılardan və ya keçmiş “StroyBat”-çılardan
təşkil olunmuşdu. Eyni ilə qonşu piyada batalyonunda onlarla tankçı, topçu və s.
üzrə mütəxəssislər xidmət edirdi;
4) Tarixi, müharibə
anlayışının özünün tarixi qədər də qədim olan zəruri bir hərbi atributa –
təxliyyəyə (evakuasiyaya) heç bir əhəmiyyət verilməməsi
(informasiya üçün: təxliyyə – təhlükəli zonadan
əmlakın və mülki vətəndaşların, o cümlədən,
xəstələrin, qocaların, qadınların, uşaqların və b. köçürülməsi əməliyyatıdır),
əksinə, kəndlərdə təxliyyə əməliyyatı aparmaq istəyənləri “təxribatçı” kimi
yaxalayıb, “camaat arasında panika yaydığına”, “kəndləri boşaltmağa cəhd
etdiyinə” və s. görə həbs edilməsi. Məhz həmin səbəbdən atəşkəs elan edilən vaxt
qarşı tərəfdə Azərbaycanın 5000-dən çox əsiri (onun da əksəriyyəti mülki
vətəndaş, o cümlədən, xəstələr, qocalar,
qadınlar, uşaqlar və b. idi) qaldığı halda, qarşı tərəfin
Azərbaycanda cəmisi 27 əsiri qalmışdı..
5) Qoşunların taktiki
və strateji təyinatlı növlərinin bir-birindən fərqləndirilməməsi,
başqa sözlə, həm hücum, həm də müdafiə (səngərdə növbətçilik)
əməliyyatlarının eyni əskərlər tərəfindən həyata keçirilməsi. Hansı ki, qarşı
tərəfdə səngərdə növbətçilik əməliyyatlarını yerli batalyonlar həyata keçirdiyi
halda, hücum əməliyyatları – döyüş stili həmişə dərhal seçilən, əskərlər
arasında “smertniklər batalyonu” adı ilə tanınan, xalis muzdlulardan təşkil
edilmiş xüsusi təyinatlı ayrıca bir diviziya vasitəsilə həyata keçirilirdi.
Ayrı-ayrı zonalarda (Ağdam, Füzuli və s.) irəliləmək lazım olanda, bu bir
diviziya ora daşınır, əməliyyat həyata keçirilir, sonra alınmış kəndlər yerli
batalyonlara təhvil verilib, geri qayıdılırdı;
6) Batalyonların
komplektləşdirilməsi işində döyüş gedən ərazinin coğrafi xüsusiyyətlərinin
nəzərə alınmaması.
O cümlədən, məsələn, dağlıq şəraitdə
(ələlxüsus,
sürüşkən qış aylarında)
bütün növ ağır texnikanın
(məs., 60 tonluq ağır
tankların),
düztuşlanan bütün artilleriya növlərinin
(məs., «Qradların»)
və b.-nın «Faydalı İş Əmsalı» «mənfi
sıfır»dan da aşağı olduğu halda, Azərbaycan öz qoşunlarını, əsasən bu tip
silahlarla təchiz etməyə çalışırdı. Qarşı tərəfsə,
əksinə, öz qoşunlarını, hər daşı bir səngər olan dağlıq şərait üçün bu baxımdan
maksimum effektli olan yüngül silahlarla
(məs.,
qranatomyot, pulemyot, qumbara, snayper, gecəgöstərən binokl, AQS, zirehli
paltar [bronojilet] və s.-lə – hansılar ki, bizdə bütöv rotaya cəmisi bir-iki
ədəd düşür, ya düşmürdü)
Şvarsneggersayaq tam
təchiz edilmiş çevik quru qoşunları şəklində
komplektləşdirməyə üstünlük verirdi.
Bizimkilərsə, deyildiyi kimi, bunları
«iqruşka» hesab edirdi.
Və s.
* *
*
Səbəb çox, nəticə isə birdir – məğlubiyyət. Hansı
səbəblərdən asılı olmayaraq fakt faktdır və bundan sonrakı fəaliyyət həmin bu
məğlubiyyət faktını nəzərə almaqla ölçülüb-biçilməlidir. Təbabətdə düzgün
diaqnoz düzgün müalicənin yarı hissəsini təşkil etdiyi kimi, bu məsələdə də,
problemə təsir etmiş və hazırda da təsir edən bütün faktorları lazımınca nəzərə
almadıqda, səhv nəticələr alına bilər. Və təəssüf ki, bugünə qədər də bu
məsələdə marağı olan müxtəlif tərəflər problemin həlli ilə əlaqədar
orientasiyaları çaşdırmaqdadırlar və vaxtı ilə buraxılan səhvlər problemin bu
mərhələsində də, bu mərhələyə uyğun formada təkrarlanır. Buna görə də,
Azərbaycan Qarabağ problemini həll edib, öz doğma torpaqlarını geri qaytarmaq
üçün indiyə qədər onlarla variantlardan istifadə etsə də, indiyə qədər bu
cəhdlərin hamısı, demək olar ki, nəticəsiz qalıb. Özünü «müstəqil politoloq»
adlandırıb, bir-birinin dediyini təkrarlayan və xarici qrantlarla televiziyalara
çıxan şərhçilərin izahına görə bunun səbəbləri əsasən aşağıdakılardır:
1) Hansısa
lobbilərin güclü anti-Azərbaycan fəaliyyəti;
2) Xaricdə
Azərbaycan həqiqətləri barədə lazımi informasiyanın çatışmaması;
3) Rusiya
kimi bir nəhəngin Ermənistanın arxasında durması;
4) Azərbaycanın
xaricdə qeyri-demokratik imicə malik olması;
5) Azərbaycan rəhbərliyinin bacarıqsızlığı,
satqınlığı;
6) ...və s.
Azərbaycan rəhbərləri də bu yoldakı cüzi belə
mövcud olan bütün baryerləri neytrallaşdırmaq məqsədilə, özünün Qarabağla bağlı
siyasətində bu diaqnozları nəzərə alıb onların aradan qaldırılması üçün mütəmadi
tədbirlər görür. Məs., xaricdə Azərbaycan diasporasının formalaşması üçün
görülən tədbirlər, imkan düşən hər bir beynəlxalq tribunadan xaricdə Azərbaycan
həqiqətlərinin yayılması üçün istifadə etmək, çoxsaylı hüquqi islahatlar və b.
bu qəbildəndir. Bizim fikrimizcə isə həqiqi səbəblər aşağıdakılardır:
1) Qərbin
Qarabağ problemindən həm Azərbaycan və həm də Ermənistana qarşı təzyiq aləti
(idarəedici
pult, rıçaq)
kimi istifadə edib, onların hər ikisinin xarici iqtisadi, siyasi, mədəni kursunu
Rusiyadan özünə sarı döndərmək və öz nəzarəti altında saxlamaq marağı;
2) Rusiyanı (eləcə də,
İranı) üzük qaşı kimi mühasirəyə almaq və imkan düşdükcə bu həlqəni
daraltmaq işində bu dövlətlərin coğrafi əhəmiyyətindən bəhrələnmək niyyəti;
3) Bu
hər iki Qafqaz dövlətini davamlı qarşıdurma ilə üzərək, bu hər iki dövlətdə
həyat səviyyəsini gün-gündən ən aşağı həddə qədər endirmək və bununla da onların
hər ikisinin xoş günlər, ali həyat tərzi üçün nəzərdə tutduqları hər şeylərini –
işçi qüvvəsini, intellekt potensialını, ali dəyərlərini, qadınlarını, incəsənət
məhsullarını, təbii sərvətlərini, kəşflərini, dövlət sirlərini və s. ölməmək
üçün dəyər-dəyməzinə ixrac etməyə, su qiymətinə Qərbə satmağa vadar etmək
məqsədi;
4) Konkret
olaraq varlı Azərbaycanın sərvətlərini ələ keçirmək uğrundakı rəqabətdə bu kartı,
böyük dövlətlərin Azərbaycanı güzəştə məcbur etmək işində təzyiq aləti kimi
görməsi;
5) Azərbaycana
qoyduğu milyardlarla dollarlıq investisiyasını sığortalamaq, Qarabağı bunun
girovu kimi saxlamaq marağı;
6) Milli münaqişələri yaradıb və bunun
günahını Rusiyanın üstünə yıxmaqla Rusiyaya qarşı narazılıq formalaşdırmaq və
arada yaranmış ziddiyyətlərdən bəhrələnmək fəndi;
7) Və s...
Məhz bu səbəbdən, görülən tədbirlər heç bir bəhrə
vermir. Aşağıda bu və digər faktorları da nəzərə almaqla, bu problemin cəmi
mümkün həlli variantlarını formulə etməyə cəhd edirik:
1) HÜQUQİ
baxımdan, yəni beynəlxalq normalar, konvensiyalar prizmasından
Qarabağ probleminin
həlli faktik olaraq tupikdir və bunu Azərbaycanın son on-oniki illik təcrübəsi
qədərincə isbatlayıb. Bunun siyasi, psixoloji səbəblərindən bir qismi müəyyən
səviyyədə izah edilib. Bundan əlavə, bununla əlaqədar, əbədi olaraq bir şeyi
yadda saxlamalı ki, dünyada hər şey qanunlara tabedirsə də, qanunların özü də
gücə tabedir. Təzyiq qarşısında hər şey, hətta qanunlar da əyilir. Qanunlar heç
vaxt gücü olmayan tərəfi haqlı çıxarmır – hətta dünyanın ən ədalətli
dövlətlərində və ya beynəlxalq tribunallarda belə. Məhkəmə səviyyəsinə
çıxarılmamış mübahisələrin özlərində də hamının nəzərində lap əvvəldən güclü
tərəf haqlı kimi qavranılır. Azərbaycansa bu müharibədə faktik olaraq məğlub
tərəfdir.
2) Bu
problemin SİYASİ yolla həllinin iki variantı mümkündür:
Birinci halda
–
güclü
dövlətlərdən hansınınsa birinin Azərbaycandan ifrat dərəcədə asılı bir vəziyyətə
düşməsi, başqa sözlə, beynəlxalq aləmdə Azərbaycan üçün ideal olan yeni
konyunkturanın meydana gəlməsi şəraitində mümkündür. Bu halda situasiyanın
özünün də iki inkişaf yolu ola bilər. Bir halda həmin dövlət istər-istəməz
Azərbaycanın güclənməsində maraqlı olmağa məcbur ola bilər.
Necə ki, məs.,
Tayvan
è
Çinlə,
Cənubi Koreya
è
Şimali
Koreya ilə, CAR
è
afrikalılarla,
İzrail
è
ərəblərlə
Qərbin
konfrontasiyasından
irəli
düşmüş ayrı-ayrı dövlətlərdir.
Digər halda, hər şeyi Azərbaycanın bu konyunkturadan necə yararlana bilməsi həll
edəcək. Siyasət düzgün qurulmasa Azərbaycan diqtəaltı bir dövlətə çevrilə bilər
və kimlərinsə şərtləri altında müstəqilliyindən məhrum olar. Siyasət düzgün
qurulduğu halda – belə məqam əla sövdələşmə şansıdır.
İkinci variant
siyasət – bu konyukturanı süni şəkildə təşkil etməyi tələb edir. Yəni bu halda
hər şey Azərbaycanın ayrı-ayrı rəqib qütblər, o cümlədən, ələlxüsus Rusiya-ABŞ,
ABŞ-Avropa və ya Rusiya-Avropa arasındakı siyasi; ABŞ-Avropa, Avropa-Yaponiya və
ya Yaponiya-ABŞ arasındakı iqtisadi konfrontasiyadan məharətlə yararlana
bilməsindən asılıdır. Bu ziddiyyət – Rusiya ilə həmsərhəd, və ya Qərblə iqtisadi
əlaqəli, yaxud bölgədə ABŞ-ın maraqlarının təmsilçisi bir dövlət kimi,
Azərbaycana geosiyasi və ya geoiqtisadi dividentlər gətirə bilər Bu qütbləşmədə
Azərbaycanın kimlərləsə kimlərinsə arasında bufer və ya körpü funksiyası yerinə
yetirmək, yoxsa bu funksiyadan imtina etmək kimi seçim azadlığından düzgün
istifadə etməsi onun başlıca təsir rıçağıdır.
Bütün hallarda həmişə bir şeyi nəzərdə saxlamaq
gərəkdir ki, Qarabağ – bir tərəfdən Qərbin (ələlxüsus ABŞ-ın)
buraya qoyduğu 10 milyardlarla dollar investisiyasının girovu, digər tərəfdən
isə onların Azərbaycanı özlərindən asılı saxlamaq işinin rıçaqlarından biridir.
3) Qarabağ
probleminin HƏRBİ yolla həlli variantı
– bir çoxlarının emosional çağırışlarının əksinə olaraq, yalnız [yalnız
və yalnız!]
çox
məhdud olan aşağıdakı şərtlər çərçivəsində mümkündür:
a) Qarabağ-Ermənistan
sərhədini – hansı ki, Azərbaycana təzyiq göstərmək istəyən xarici dövlətlərin
ermənilərə başlıca hərbi dəstək kanalıdır – hər hansı fəndləsə
[o
cümlədən, istənilən variantlı kompromislə, o cümlədən, təhlükəsizlik təminatına
qarşı edilən istənilən güzəştlə]
ələ
keçirib,
Laçın
dəhlizini tam bağladıqdan
sonra. Yalnız ondan sonra istənilən razılaşmanı pozub
[Siyasətdə
‘‘kişi sözünün’’,
sənədin, razılaşmanın, qətnamənin, imzanın və s. dəyərinin nə qədər olduğunu
Azərbaycan özünün son 10-12 illik «təcrübəsindən» yaxşı bilir]
danışıqların ardını ‘‘Kalaşnikov
dilində’’ davam etdirmək olar. Ona
qədərsə bu addımı atmağın, altıdəlik çəlləyə su doldurmaq cəhdindən heç bir
fərqi olmayacaq. Əks halda isə hər bir münaqişədən yararlanmaq istəyən və buna
görə də, onun sonsuzluğa qədər uzanmasına əlindən gələn hər cür gizli yardım
göstərən kifayət qədər xarici qüvvə tapılacaq – necə ki, Əfqanıstan, Fələstin,
Çeçenistan və s. variantlarında olduğu kimi;
b) Ermənistanda
hakimiyyət dəyişikliyi, hakimiyyət böhranı və ya siyasi durumun qeyri-sabitliyi
mərhələsində, yaxud eyni vaxtda Prezident Aparatı və Müdafiə Nazirliyi
binalarının bütün heyəti ilə birlikdə hansısa qəfil zərbə ilə dağıdıldığı
saatlarda;
c) Qlobal
miqyasda beynəlxalq balansın pozulduğu və ya bütün böyük dövlətlərin başının öz
problemləri və ya daha ciddi olan nə iləsə qarışdığı mərhələlərdə
(məs.,
80-ci illərin axırı, 90-cı illərin əvvəllərində olduğu kimi);
d) Bütün
aparıcı böyük dövlətlərin hamısı ilə
(ələlxüsus
Rusiya və ABŞ-la)
eyni
vaxtda razılığa gəlindikdən sonra
(əks
halda, Gürcüstan kimi, hər dəfə bir böyük dövlətlə sövdələşib müharibəyə
başlayan, elə onun kimi də, axırda hər dəfə o birinin süngüsünə rast olub geri
qayıtmaq məcburiyyətində qalasıdır);
və s...
* * *
Qarabağ problemində, faktik olaraq bu faktorların
hamısı rola malikdir və onların hamısı kombinasiyalı formada həll olunmalıdır.
Bu baxımdan, deyilən bu münbit şəraitlər bir təkcə təbii gedişatın nəticəsi
olmayıb, həm də, Azərbaycanın məqsədyönlü fəaliyyətinin nəticəsi kimi meydana
çıxa bilər.